AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər kvant qravitasiyasını öyrənmək üçün XX əsrin əvvəlində aparılmış eksperimenti təkrarlamağı təklif ediblər

29.05.2021 / Xəbərlər

Fiziklərin fikrincə, atomların davranışında kvant mexanikasının təzahürünü 1922-ci ildə müəyyən etmiş Ştern-Herlax təcrübəsinin təkmilləşdirilmiş versiyasından cazibə qüvvəsinin kvant səviyyəsində neçə işlədiyini öyrənmək üçün istifadə etmək olar. Təcrübənin nəticələri “Science Advances” jurnalında dərc edilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar tək atomlar üçün Ştern-Herlax təcrübəsini necə aparmağı izah ediblər. Həmçinin makroskopik obyektlərlə eksperiment aparılması üçün bu cür qurğudan necə istifadə etməyi göstəriblər. Belə təcrübələr kvant mexanikası və qravitasiyanın kəsişməsində olan proseslərin öyrənilməsinə və nəzəriyyələrin yoxlanılmasına yol açacaq.

Beer-Şeva şəhərindəki (İsrail) Ben-Qurion Universitetinin professoru Ron Folmanın rəhbərliyi ilə fiziklər Ştern-Herlax qurğusunun yeni tətbiq sahəsini tapıblar. Bu, kvant mexanikasının vacib problemlərindən birini həll etməyə – onun müxtəlif qravitasiya qarşılıqlı təsirləri zamanı necə təzahür etdiyini müəyyənləşdirməyə imkan yaradacaq.

Məsələ ondadır ki, qravitasiyanın və kvant obyektlərinin bir-biri ilə necə əlaqədə olduğu alimlər üçün qaranlıqdır. Fiziklər çoxdan bəri güman edirlər ki, bu cür məlumatları Ştern-Herlax eksperimentinin analoqu çərçivəsində tək atomları özünü dalğa kimi aparmağa yönəltməklə və onların qarşılıqlı təsirini müşahidə etməklə əldə etmək olar. Bu ideya sadə görünsə də, onu reallaşdırmaq mümkün deyildi. Belə ki, bunun üçün maqnit qütblərinin əlçatmaz dərəcədə yüksək dəqiqliklə idarə edilməsi tələb olunurdu.

İsrailli tədqiqatçılar və onların Avropadan olan həmkarları izah ediblər ki, “atom çipləri”nin – tənha atomları tutub saxlamağı və hərəkətini idarə etməyi bacaran xüsusi qurğuların köməyilə bu məhdudiyyət və problemləri aradan qaldırmaq olar.

Professor Folman və onun həmkarlarının ilkin təcrübələri göstərir ki, onların yaratdığı “atom çipləri” atomların hərəkətinin idarə edilməsində lazımi dəqiqliyə nail olub – bu, fiziklərə atomların uçuş trayektoriyasında qravitasiyanın kvant təzahürü ilə bağlı olan ən kiçik fərqi qeydə almağa imkan verir. Belə ki, alimlər “atom çipləri”nin köməyilə rubidiumun bir neçə tək atomunu tutub saxlayaraq onları müxtəlif hərəkət trayektoriyasına yönəltməyə, sonra isə onların bir araya gəlməsinə və bir-birini itələməsinə nail olublar.

Tədqiqatçılar yaxın vaxtlarda həm tək atomlardan, həm də makroskopik obyektlərdən istifadə edərək Ştern-Herlax təcrübəsini təkrarlamağı planlaşdırırlar.

 

mənbə: azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi