AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı beynəlxalq layihəyə üzv seçilmişdir
01.06.2021 / XəbərlərAzərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun “Mürəkkəb dinamik sistemlərdə idarəetmə” laboratoriyasının aparıcı elmi işçisi, dosent, Rəşad Məstəliyev beynəlxalq CA18232 COST Action layihəsinə üzv seçilmişdir: Mathematical models for interacting dynamics on networks (mat-dyn-net) https://mat-dyn-net.eu/en/about.
Rəşad Məstəliyev 4-cü işçi qrupuna daxil edilmiş və artıq qrupun iclaslarına dəvət almışdır.
Layihədə Azərbaycan, Almaniya, İtaliya, İngiltərə, İspaniya, İsveç, Çex Respublikası, Macarıstan, Serbiya, Finlandiya və s. ölkələrdən olmaqla yüzə yaxın alim iştirak edir.
Layihənin əsas məqsədi Avropanın dinamik sistemlər üçün riyazi modellərin modelləşdirilməsi və təhlili ilə əlaqəli bir sıra məsələlərə analitik və ədədi yanaşmalar üzərində işləyən aparıcı alimləri bir araya gətirməkdir.