AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Huawei HarmonyOS 2 əməliyyat sistemi təqdim olunub

03.06.2021 / Xəbərlər

Huawei şirkəti xüsusi təqdimat tədbiri çərçivəsində HarmonyOS 2 əməliyyat sistemini təqdim edib. Sözügedən əməliyyat sistemi artıq smartfonlar, planşetlər, smart saatlar və s. cihazlar üçün aktivdir. HarmonyOS müxtəlif növ cihazları bir ekosistemdə birləşdirməyə imkan verir. Beləliklə istifadəçi bir ekosistem daxilində müxtəlif cihazlardan maksimum yararlana bilir. HarmonyOS 2-də reallaşdırılmış yeni idarəetmə paneli digər cihazların sadə və intuitiv birləşdirilməsini dəstəkləyir. Bu proses cihazları əks etdirən ikonların yerdəyişməsi və inteqrasiyası vasitəsilə reallaşdırılır.

Məsələn əgər istifadəçi film izləmək istəyirsə, o, idaerəetmə panelinə daxil olub televizor ikonunu telefon ikonuna tərəf sürüşdürməlidir. Bu halda smartfonda izlənilən film televizorda əks olunacaq. Eyni üsul ilə səsi naqilsiz qulaqlıqlara keçirtmək olar. Bu halda səs televizordan yox məhz qulaqlıqlardan gələcək. Bundan əlavə olaraq əməliyyat sisteminin yeni idarəetmə mərkəzi tətbiqləri müxtəlif cihazlarda istifadə etmək imkanını verir. Bu halda tətbiqləri hər bir cihaza quraşdırmağa ehtiyac qalmayacaq. Beləliklə istənilən funksiya və xidmət istənilən zaman istənilən yerdə aktiv olacaq.

HarmonyOS 2-də ana ekran yenidən emal edilib. Məsələn ekranda tətbiqlər üzərindən yuxarı istiqamətə swype edərək xidməti vidjetləri yaratmaq olar. Beləliklə tətbiqlərə daxil olmadan həmin vidjetlərdə real zaman ərzində təqdim olunan məlumatları və xidmətləri izləmək mümkün olacaq. Huawei HiLink platformasının adı dəyişdirilib və o artıq HarmonyOS Connect adlanır. Bu platforma kənar istehsalçıların cihazlarını daha çox intellektual funksiyalar ilə təmin etməyə yardımçı olur. Bundan sonra smart ev ekosisteminə daxil olan cihazları bir toxunuşla smartfona inteqrasiya etmək mümkün olacaq.

Məsələn smartfonu Midea şirkətinin istehsalı olan və HarmonyOS Connect platformasını dəstəkləyən sobaya toxundurmaq kifayət edir ki, lazımi resepti seçib yeməyi bişirməyə başlamaq olsun. Huawei bildirib ki, HarmonyOS əməliyyat sistemi EMUI istifadəçi interfeysinin son versiyasından daha axıcı çalışır. HarmonyOS 2-də işə salınmış tətbiqlər fon rejimində çalışmağa davam edirlər. Buna görə də istifadəçi həmin tətbiqlərdə görmüş olduğu işə qaldığı yerdən davam edə bilər. Bundan əlavə olaraq HarmonyOS-ə sahib cihazların batareyaları daha uzun müddət çalışırlar. Verilmiş məlumata əsasən Huawei şirkətinin 100-ə yaxın cihazı HarmonyOS yenilənməsini əldə edəcək. Onların arasında həm smartfonlar həm də planşetlər var.

 technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi