AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İdarəetmə Sistemləri İnstitutunda «Maliyyə savadlılığı» mövzusunda seminar keçirilib

03.06.2021 / Xəbərlər

02 iyun 2021-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən «Maliyyə savadlılığı» mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun və Azərbaycan Mərkəzi Bankının əməkdaşları iştirak ediblər. Ölkəmizdə pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi rejim nəzərə alınaraq seminarlar onlayn formatda Zoom platforması üzərindən təşkil olunmuşdur.

Seminarı giriş nitqi ilə açan İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov qeyd edib ki, ölkəmizdə demokratik proseslər dərinləşdikcə, azad iqtisadi münasibətlər bərqərar olduqca əhalinin maliyyə savadlılığının artırılmasına da böyük ehtiyac duyulur. Ə.Sadıqov qeyd edib ki, əhaliyə iqtisadi fəaliyyət sahəsində və məişətdə öz maddi və maliyyə resurslarını sərbəst idarə etmək imkanının yaradılması müsbət addım olsa da, bu sahədə əhalidə biliklərin azlığı bir sıra problemlərin meydana gəlməsinə səbəb olur. Bu baxımdan seminarın əhəmiyyətini vurğulayan Ə.Sadıqov İSİ-nin müxtəlif dövlət qurumları ilə müvafiq istiqamətlərdə əməkdaşlıq etdiyini bildirib.

Sonra Mərkəzi Bankın Maliyyə savadlılığı şöbəsinin rəisi Xumar Hüseynova çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ölkədə maliyyə savadlığının səviyyəsinin artırılması istiqamətində müxtəlif maarifləndirici seminarlar təşkil edilir. X.Hüseynova bildirib ki, seminarlar əhalinin maliyyə məhsulları və xidmətləri haqqında geniş məlumatlandırılması, onlar tərəfindən rasional maliyyə qərarlarının verilməsi üçün müvafiq bilik və bacarıqlarının artırılmasını hədəfləyir. O, keçirilən seminarın önəmini vurğulayaraq bildirib ki, maliyyə problemlərinin aradan qaldırılması əhaliyə gündəlik həyatda və iş sahəsində daha məhsuldar olmağa şərait yaradır.

Mərkəzi Bankın Maliyyə savadlılığı şöbəsinin əməkdaşı Vüsal Həsənov “Maliyyə savadlılığı və e-resurslar” mözusunda təqdimatla çıxış edərək bildirib ki, maliyyə savadlılığı düzgün maliyyə qərarlarının verilməsi və fərdlərin maddi rifahının yaxşılaşdırılması üçün zəruri olan məlumatlılıq səviyyəsi, bilik, bacarıq, baxış və davranışlar toplusudur. V. Həsənov qeyd etdi ki, maliyyə xidmət və məhsullarına qarşı rasional davranışların aşılanması onlardan daha səmərəli istifadəyə və düzgün seçimlər etməyə imkan verir. O, vətəndaşların bu və ya digər maliyyə məsələlərinin həlli üçün Mərkəzi Bankın xidmətlərindən və informasiya resurslarından necə istifadə edilməsi yollarını izah etdi. Məruzəçi, həmçinin pandemiya dövründə maliyyə əməliyyatları, ödənişlər və digər məsələlər barəsində tədbir iştirakçılarına məlumat verib.

Daha sonra Azərbaycan Bank Tədris Mərkəzinin biznesin inkişafı üzrə meneceri Rauf Agayev «Məsuliyyətli borclanma» mövzusunda təqdimatla çıxış edərək maliyyə savadlılığının düzgün qərar vermək baxımından çox önəmli olduğunu qeyd edib. R. Ağayev pul kreditinin xüsusiyyətləri, bankın seçilməsi, kreditin və təminatın müəyyən edilməsi meyarları və digər borclanma xüsusiyyətləri barəsində tədbir iştirakçılarına ətraflı şəkildə faydalı məlumatlar verib.

Seminarda, həmçinin mövzular ətrafında sorğular və müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, seminar 2-4 iyun 2021-ci il tarixlərində davam edəcək. Seminar barədə əlavə məlumatı isi.az saytının «Elanlar» bölməsindən əldə etmək olar.  

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi