AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İdarəetmə Sistemləri İnstitutunda «Sığorta və onun mahiyyəti» mövzusunda seminar keçirilib

04.06.2021 / Xəbərlər

03 iyun 2021-ci il tarixində İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən «Sığorta və onun mahiyyəti» mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun və Azərbaycan Mərkəzi Bankının əməkdaşları iştirak ediblər. Ölkəmizdə pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi rejim nəzərə alınaraq seminar onlayn formatda Zoom platforması üzərindən həyata keçirilib.

Seminarda Azərbaycan Dəmir Yolları Təlim mərkəzinin direktoru, Azərbaycan Bank Tədris Mərkəzinin daxili audit və sığorta üzrə ekspert Pərviz Quliyev “Sığorta və onun mahiyyəti” mövzusunda təqdimatla çıxış edərək bildirib ki, insanla təbiət arasında və ictimai həyatda mövcud olan ziddiyyətlər bütövlükdə neqativ halların baş verməsinə şərait yaradır. Bu kimi halların nəticəsində də dünyada sığorta fəaliyyətinin yaranmasına və inkişaf etməsinə zəmin yaranır.

P. Quliyev qeyd edib ki, sığorta fiziki və ya hüquqi şəxsə dəymiş zərərin ödənilməsi üçün vasitədir və sığorta fondu tərəfindən həyata keçirilir. O, sığortanın mahiyyəti, sığorta ödənişləri və bu sahədə fəaliyyət göstərən qurumlar barədə ətraflı məlumat verərək bildirib ki, sığorta insanın gündəlik həyatında rastlaşdığı risklərdən müdafiə sistemidir.

O, həmçinin kənd və böyük şəhərlərdə sığortanın əhəmiyyəti, sığortanın funksiyaları, sinifləri, növləri və üstünlükləri barədə seminar iştirakçılarına ətraflı şəkildə faydalı məlumatlar verib. Mövzu ətrafında müzakirələr aparılıb və bir sıra suallar cavablandırılıb.

Qeyd edək ki, seminar 2-4 iyun 2021-ci il tarixlərində davam edəcək. Seminar barədə əlavə məlumatı isi.az saytının «Elanlar» bölməsindən əldə etmək olar. 

 

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi