AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Ağıllı şəhər” və “ağıllı kənd”lərdə informasiya təhlükəsizliyinin təmini diqqət mərkəzində olacaq

04.06.2021 / Xəbərlər

“Ağıllı şəhər” və “ağıllı kənd” layihələri ölkəmizdə qurulmaqda olan rəqəmsal iqtisadiyyatın, davamlı inkişafın əsasıdır və bu sahədə dövlət siyasətinin prioritetlərindən biridir. Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin “ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında bərpa olunacağını Prezident İlham Əliyev çıxışlarında bəyan edib və artıq bu istiqamətdə praktiki işlərə start verilib. Azərbaycan Respublikası Prezidenti tərəfindən 2021-ci il aprelin 19-da “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalanıb. İşğaldan azad olunmuş ərazilərimizdə salınacaq “ağıllı şəhər” və “ağıllı kənd”lərdə normal həyat şəraiti üçün həmin yaşayış məntəqələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi vacib şərtdir. Yəni, “ağıllı şəhər” və “ağıllı kənd”, hər şeydən əvvəl, insanlar üçün rahat və təhlükəsiz olmalıdır. Üstəlik, təhlükəsizliyin özü də “ağıllı” olmalıdır. Müasir dünyada təhlükəsizliyin informasiya komponenti aparıcı rol oynayır və “ağıllı şəhər”lər də bu baxımdan istisna deyil.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev açıqlamasında bildirib. O qeyd edib ki, hazırda “ağıllı şəhər”lərin informasiya təhlükəsizliyi problemləri dünyada geniş müzakirə edilir. Bir çox şəhərlərdə biometrik sistemlər, rəqəmsal konfidensiallıq siyasəti, kriptoqrafik mühafizə vasitələri və s. tətbiq edilir. Eyni zamanda, bir sıra ölkələrdə “ağıllı şəhər”lərdə fərdi məlumatların təhlükəsizliyi ilə bağlı bəzi qanunvericilik aktları qəbul edilib. Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən “ağıllı şəhər”lər sahəsində silsilə standartlar işlənməkdədir.

“Ağıllı şəhər” və “ağıllı kənd”lərdə vahid informasiya təhlükəsizliyi sisteminin yaradılması, risklərin daim qiymətləndirilməsi və azaldılması üçün adekvat tədbirlərin görülməsi, kibertəhlükəsizliyin fasiləsiz monitorinqi və vaxtaşırı auditi, insidentlərin şəffaf araşdırılması, əhalinin ümumi rəqəmsal hazırlığının yüksəldilməsi, bütün maraqlı tərəflərin bu sahədə fəaliyyətinin effektiv koordinasiyası informasiya təhlükəsizliyinin etibarlı təmin edilməsinə imkan verəcək.

azertag.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi