AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alınmış yeni təsvirlər Betelqeyz ulduzunun sirrlərini açıb

21.06.2021 / Xəbərlər

Orion bürcünün parlaq-çəhrayı ulduzu olan Betelqeyzin (Alfa Ori) yeni fotoşəkilləri, 2019 cu ildəki “Böyük qaralma”nın səbəbini aydınlaşdırıb.

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından (ŞAR) verilən məlumata görə, 

bir qrup beynəlxalq alim, 2020-ci ilin yanvar və mart aylarında Betelqeyzin səthinin iki şəklini çəkərək, daha sonra həmin şəkilləri 2019-cu ilin yanvar və dekabr aylarında çəkilənlərlə müqayisə ediblər. Bu isə real vaxt rejimində ulduzdakı dəyişiklikləri görməyə və kəskin qaralmanın ulduz tozunun əmələ gəlməsindən qaynaqlandığını təyin etməyə imkan verib.

Əslində bunun səbəbi massiv ulduz tərəfindən atılmış böyük qaz kütləsinin soyuyaraq toz buluduna çevrilməsi və müvəqqəti olaraq ulduzun qarşısını kəsməsi olub ki, bununla da Betelqeyzin “böyük qaralma”sının səbəbi izah edilir.

Betelqeyzin qaralması xəbərləri ilk dəfə 2019-cu ilin dekabrında, astronomların ulduzun qeyri-müntəzəm qaralma anlarını müşahidə etmələrindən iki ay sonra yayılıb.

İlkin olaraq belə hesab edilirdi ki, qaralma Betelqeyzin İfratyeniyə (supernova) çevrilməsinin başlanğıcıdır. Belə bir hadisə ümumiyyətlə hər hansı bir ulduz “öldükdə” baş verir. Ulduzun nüvə yanacağı tükənərkən ulduz öz tarazlığını itirir, onun kütləsi ağırlıq qüvvəsinin təsiri altında nüvəsinə axır. Bu hadisə qısa zamanda baş verir və böyük enerjinin ayrılması ilə nəticələnir ki, bu da kosmosda ən parlaq alışma kimi müşahidə olunur.

Orion bürcündə ikinci parlaq ulduz olan Betelqeyz Yerdən 700 işıq ili məsafədə yerləşir. Əgər Betelqeyz ifratyeniyə çevrilsəydi, Yer sakinləri səmada bədirlənmiş Ay ölçüsündə olan parlaq bir ləkə görə bilərdilər. Ancaq bu baş vermədi və yaxın zamanlarda da olmayacaq. Qeyd edək ki, Betelqeyz ulduzu 2020-ci ilin aprelində öz normal parlaqlığına qayıdıb.

frteb.science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi