“Cəbrlər cəmi ilə yaxınlaşma məsələsində Dilberto-Straus alqoritmi” mövzusunda seminar keçiriləcək
24.06.2021 / Xəbərlərİyunun 23-də AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Cəbrlər cəmi ilə yaxınlaşma məsələsində Dilberto-Straus alqoritmi” mövzusunda seminar keçiriləcək.
Seminarda Funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri Vüqar İsmayılovun mövzu üzrə məruzəsi dinləniləcək.
Məruzədə kompakt Hausdorff fəzasında təyin olunmuş kəsilməz funksiyanın iki cəbr cəminin elementləri ilə yaxınlaşma məsələsinə baxılacaq və bu məsələdə yaxınlaşma xətasının hesablanması üçün Diliberto-Straus alqoritmi haqqında söhbət açılacaq.
Müəyyən şərtlər daxilində Diliberto-Straus alqoritminin yaxınlaşma xətasına yığılan olduğu göstəriləcək.