AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA ilə REA arasında elm, təhsil və texnologiyalar sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələri güclənir

25.06.2021 / Xəbərlər

Rusiya Elmlər Akademiyası ilə elm, təhsil və texnologiyalar sahəsində qarşılıqlı  əməkdaşlığın genişləndirilməsi və hər iki tərəf üçün prioritet hesab olunan sahələr üzrə elmi əlaqələrin gücləndirilməsi məqsədilə AMEA prezidenti akademik Ramiz Mehdiyevin tapşırığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA-nın akademik-katibi, akademik Arif Həşimov 21-24 iyun 2021-ci il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində rəsmi səfərdə olublar.

Səfər çərçivəsində qeyd olunan istiqamətlərdə müxtəlif görüşlər keçirən Akademiya rəsmiləri 23 iyun 2021-ci il tarixində Rusiya Elmlər Akademiyasının prezidenti akademik Aleksandr Sergeyev tərəfindən rəsmi olaraq qəbul ediliblər. Tədbirdə Rusiya tərəfindən REA-nın vitse-prezidenti, akademik Yuriy Baleqa, REA-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Sergey Malenko, hüquq elmləri doktoru, REA prezidentinin müşaviri Rəşad Qurbanov, REA-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin müdir müavini Alyona Bibikova da iştirak ediblər.

Görüşdə Azərbaycanlı alimlər yüksək səviyyəli qəbula görə AMEA rəhbərliyi adından REA prezidentinə öz minnətdarlıqlarını bildirib, AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin salamlarını ona çatdırıblar. Tədbirdə müzakirə olunan əsas məsələlərdən biri “Azərbaycan və Rusiya arasında elm, innovasiya və təhsil sahəsində əməkdaşlığın Yol Xəritəsi” ilə bağlı olub. Müzakirələr prosesində tərəflər qeyd ediblər ki, 2019-cu ilin may ayında hər iki akademiya arasında imzalanmış Sazişə uyğun olaraq, mühüm elmi və texnoloji tədqiqatlar üzrə qarşılıqlı əməkdaşlığın davam etdirilməsi, hər iki tərəf üçün prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsi baxımından Yol xəritəsinin imzalanması məqsədəuyğundur. Yol xəritəsində ilkin olaraq yer elmləri, fizika-riyaziyyat elmləri, energetika  sahəsi, biologiya və tibb elmləri, humanitar və ictimai elmlər üzrə 5 prioritet elmi istiqamətdə əməkdaşlıq nəzərdə tutulub.

Tədbirdə müzakirə olunan mühüm məsələ Xəzər dənizi ilə bağlı olub. Qeyd edilib ki, Xəzər dənizi ilə bağlı elmi problemlər uzun illər ərzində dünyanın müxtəlif ölkələrinin, o cümlədən beş Xəzəryanı dövlətin müvafiq elmi qurumları tərəfindən  ayrı-ayrılıqda öyrənilsə də, onun coğrafi, bioloji, geoloji, ekoloji, iqlimşünaslıq və s. aspektlərdən koordinasiyalı kompleks tədqiqinə böyük ehtiyac var. Xüsusən, Xəzərin təbii ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi, biomüxtəlifliyinin qorunub saxlanılması üzrə strategiyaların işlənib hazırlanması, hazırda beş Xəzəryanı dövlətlər qarşısında dayanan əsas vəzifələrdən biridir. Xatırladılıb ki, 2019-ci ildə akademik Aleksandr Sergeyevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə rəsmi görüşündə Xəzəryanı dövlətlərin iştirakı ilə Bakıda “Sərhədsiz elm: Xəzərin perspektivləri” mövzusunda Beynəlxalq Forumun keçirilməsi təklifi irəli sürülüb və bu təklif cənab Prezident tərəfindən dəstəklənib. Sözügedən tədbirin 2022-ci ilin ikinci yarısında keçirilməsi qərara alınıb, onun əsas elmi istiqamətləri, təşkilat komitəsinin tərkibi, dəqiq keçirilmə vaxtı və s. ilə bağlı müəyyən fikir mübadiləsi aparılıb.

Bundan əlavə, tədbirdə REA və AMEA prezidentlərinin rəhbərliyi, Qazaxıstan, Türkmənistan və İran nümayəndələrinin aktiv iştirakı ilə 10-12 avqust 2021-ci il tarixində Moskva şəhərində İkinci Xəzər İqtisadi Forumu üzrə Dəyirmi masanın keçirilməsi ilə bağlı hazırlıq işləri, Xəzər dənizi üzrə Beynəlxalq Elmi-Tədqiqatlar Mərkəzinin yaradılması kimi məsələlər də müzakirə edilib.

Görüşün sonunda akademik Aleksandr Sergeyev AMEA nümayəndələrini 2021-ci ilin sonunda keçiriləcək REA-nın 300 illiyinə həsr edilən MDB, Baltikyanı ölkələr və Gürcüstanın gənc alimlərinin beynəlxalq forumunun tədbirlərinə qatılmağa dəvət edib.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi