AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Ziyad Səmədzadənin 80 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

27.06.2021 / Xəbərlər

AMEA Rəyasət Heyətinin qərarına əsasən, bu ilin noyabr ayında AMEA İqtisadiyyat İnstitutunun və Azərbaycan İqtisadçılar İttifaqının təşkilatçılığı ilə akademik Ziyad Səmədzadənin 80 illik yubileyinə həsr olunan “Dayanıqlı inkişafin yeni keyfiyyət mərhələsi” beynəlxalq elmi-praktik konfransı keçiriləcək.

 Qeyd edək ki, AMEA Rəyasət Heyəti AMEA-nın İqtisadiyyat İnstitutunda akademik Ziyad Səmədzadənin iqtisadiyyat elminin inkişafındakı xidmətlərinə və 80 illik yubileyinə həsr olunmuş elmi sessiyanın keçirilməsi haqqında 16 iyul 2020-ci 12/12 saylı qərar qəbul edib. Bunu əsas tutaraq AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı əsasında elmi sessiyanın keçirilməsi üçün İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə Təşkilat Komitəsi və Redaksiya Heyəti yaradılıb (sədr müavini - Sakit Yaqubov, AzDİU-nun Elmi işlər üzrə prorektoru, professor, məsul katib - Tanriverdi Paşa - AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi).

AMEA Rəyasət Heyətinin və AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarları (yüklə)

Konfransa təqdim olunan məqalə və tezislər kitab şəklində dərc ediləcəkdir.

- Konfransın bölmələri:

- Dayanıqlı inkişafın nəzəri-metodoloji məsələləri

- Azərbaycanın iqtisadi inkişaf modeli

- Azərbaycanda iqtisadi artım və ictimai rifah

- Post-neft iqtisadiyyatının inkişaf istiqamətləri

- Qarabağın iqtisadi dirçəlişi

- Azərbaycanda iqtisadiyyatın dövlət tənzimlənməsi (fiskal və monetar tənzimləmə, investisiya və innovasiya siyasəti, aqrar siyasət və ərzaq təhlükəsizliyi, demoqrafik siyasət)

- İqtisadiyyatın sektorial və ərazi strukturunun təkmilləşdirilməsi

 Beynəlxalq konfransın materialları əsasında hazırlanacaq kitaba daxil edilmək üçün məqalə və tezislər 15 iyul 2021-ci ilədək Azərbaycan, rus, türk və ingilis dillərinin birində AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı Tanrıverdi Paşaya ([email protected]; [email protected]) göndərilməlidir.

Qəbul olunmuş məruzələr haqqında müəlliflərə qabaqcadan məlumat veriləcəkdir.

 Məqalə və ya tezislərin tərtib olunması qaydaları:

1. Məqalənin, tezislərin başlığı, müəllifin adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, iş yeri, əlaqə telefon nömrəsi və elektron ünvanı ayrıca təqdim edilməlidir.

2. Mətn 12 ölçüdə Times New Roman şrifti ilə, 1,5 intervalla, abzas 1,25 yazılmalı, kənarlardan (soldan 25 mm, sağdan 10 mm, yuxarıdan və aşağıdan 20 mm) boşluq buraxılmalıdır.

3. Müəllifin soyadı və inisialları qalın şriftlə, məruzənin adı böyük, qalın şriftlə; təşkilatın adı adi şriftlə yazılmalıdır.

4. Məqalə formasındakı məruzələrin həcmi 6-10 səhifə olmalıdır. Məqalələrə “Xülasə”, “Nəticə”, “Ədəbiyyat siyahısı” əlavə olunmalıdır. Mətndə istinadlar [3] və ya [3; 6; 8] kimi yazılmalıdır.

5. Tezislər 3 səhifədən artıq olmamalıdır.

 Təşkilat komitəsi Konfransın mövzusuna uyğun gəlməyən, qoyulan tələblərə cavab verməyən və aktual hesab edilməyən məruzələri qəbul etməyə bilər.

Əlavə məlumatlar üçün əlaqə telefonları:

(+99412) 510-37-92 (əlavə 135); mob: (+99450) 352-32-60

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 23.05.2025
    ED 1.20 Dissertasiya şurasının növbəti iclası keçiriləcək
  • 16.05.2025
    ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi