
Dissertasiya işlərinin müdafiəsi keçirilmişdir
01.07.2021 / Dissertasiya şurasının iclasları
30 iyun 2021-ci il tarixində saat 14:00-da Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun (İSİ) nəzdindəki ED 1.19 Dissertasiya şurasının iclası keçirilmişdir.
İclasda Nərminə Abdulla qızı Abdullayevanın 1208.01 – “Ehtimal nəzəriyyəsi” ixtisası üzrə “Xidmət anları tsiklik olan kütləvi xidmət sistemlərində idarəetmə məsələləri” və Vüsalə Nazim qızı Nəsibzadənin 1203. 01 – “Kompüter elmləri” ixtisası üzrə “İkitərtibli hiperbolik tənliklər üçün bəzi tərs məsələlərin optimallaşdırma üsulları ilə tədqiqi və onların həll alqoritmləri” mövzusunda dissertasiya işlərinin müdafiəsi keçirilib.
Sonda dissertasiya işləri müsbət qiymətləndirildi, Nərminə Abdullayeva və Vüsalə Nəsibzadə Dissertasiya şurasının qərarı ilə riyaziyyat üzrə fəlsəfə doktoru adını almağa layiq görüldülər.
Qeyd edək ki, müzakirə xüsusi karantin rejimi dövründə dissertasiya şuralarının nəzdində fəaliyyət göstərən elmi seminarlarda müzakirələrin təşkili və keçirilməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 29.01.2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tələblər” əsasında keçirilmişdir.


