AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Akademik Fikrət Əliyevin baş redaktoru olduğu daha bir jurnal impakt faktoru alıb

01.07.2021 / Xəbərlər

ABŞ-ın “Clarivate Analytics” agentliyinin bu günlərdə açıqlanan 2020-ci ilin hesabatına əsasən (bu hesabat ötən dövr üçün agentliyin siyahısında olan yenilikləri, siyahıya daxil olan və xaric edilən elmi jurnalları, onların impakt faktorlarının (təsir əmsalı) dinamikası və s. haqqında məlumatı əks etdirir), Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda (TRETİ) nəşr olunan və “Science Citation Index Expanded” (SCIE) bazasında yer alan “TWMS Journal Pure and Applied Mathematics” (“Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) “Təmiz” və Tətbiqi riyaziyyat jurnalı”) jurnalı 1.892 təsir əmsalı alıb. Bu elmi jurnal “Riyaziyyat” kateqoriyasında 330 beynəlxalq nəşr arasında 43-cü yerdə (Q1 bölməsində), “Tətbiqi riyaziyyat” kateqoriyasında 265 beynəlxalq nəşr arasında 84-cü yerdə (Q2 bölməsində) qərarlaşıb.

Qeyd edək ki, jurnalın baş redaktoru AMEA Rəyasət Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, TDRC-nin vitse-prezidenti, akademik Fikrət Əliyevdir. Jurnalın məsul redaktoru institutun aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qəmər Məmmədovadır.

Sözügedən nəşr Azərbaycanın “Clarivate Analytics” agentliyinin bazasına daxil olan və impakt faktor almış ikinci elmi jurnalıdır.

2010-cu ildən ingilis dilində nəşr olunan bu jurnalda nəzəri və tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksəksəviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir. Nəşrin redaksiya heyətinə 20-dən çox ölkənin tanınmış alimləri daxildir. Jurnal 50-dən çox ölkənin universitet və elmi mərkəzlərində yayılır.

Bütün məqalələr “MatReviews”, “Zentrablatt”, “VINITI” kimi nüfuzlu bazalarda referat olunur, “E-Letter”, “NA Digest” elmi saytlarında anons edilir. İndiyədək jurnalın 21 nömrəsi çap olunub.

Sevindirici haldır ki, türk dünyası elminin və eləcə də ölkəmizin uğurları beynəlxalq təşkilat və qurumlar tərəfindən birmənalı qəbul edilir.

mənbə: frteb.science.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi