AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yer kürəsi Günəş enerjisini sürətlə udmağa başlayıb

02.07.2021 / Xəbərlər

NASA ilə Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) birgə hesabatlarına əsasən son 15 il ərzində planetin atmosferi, okeanları və torpaqları tərəfindən yığılmış istilik miqdarı iki dəfə çoxalıb. Yer kürəsinin enerji disbalansı (udulan Günəş enerjisi ilə kosmosa yenidən əks olunan enerji arasındakı fərq) 2005-ci ildən 2019-cu ilə kimi iki dəfə daha güclü olub. Bu isə o deməkdir ki, planetdə temperatur artmağa davam edəcək, buzlaqların əriməsi daha da sürətlənəcək və dəniz səviyysi daha tez yüksələcək. Bütün bu faktorlar isə hava stabilliyinə və məhsul təsərrüfatına təsir edəcəklər.

Yer kürəsində həyat Günəş enerjisi olmadan mövcud ola bilməz. Lakin həyat həmçinin kosmosa təkrar əks olunan enerji miqdarından da asılıdır. Planetin iqlimi isə bu həssas tarazlıqdan asılıdır.

Norman Loeb adlı NASA mütəxəssisinin sözlərinə əsasən qlobal temperaturdan əlavə olaraq müsbət disbalans effekti həmçinin daha davamlı quraqlıq dövrlərində atmosfer dövranının yerdəyişməsi ilə də bağlı olacaq. Peyklərdən əldə olunmuş məlumatlardan istifadə edərək alimlər aşkar ediblər ki, Yer kürəsi lazım olandan daha çox enerji əldə edir və bu da öz növbəsində planetin qızmasına səbəb olur. Bu disbalansdan olan enerjinin 90%-i okeanın payına düşür. Okean temperaturunun yüksəlməsi isə oksidləşməyə gətirib çıxardır və balıqlar ilə digər okean faunasına ciddi təsir göstərir. Disbalansın yerdə qalan 10% enerjisi isə atmosferdə yerləşir.

Bu energetik disbalansın əsas səbəbi isə əsasən antropogen faktorlardır. Söhbət, atmosferə ifraz olunan parnik qazlarından gedir.

Qlobal temperaturun yüksəlməsi ilə atmosferdə su buxarının miqdarı da yüksəlir. Bu isə planetdəki temperaturun daha da yüksəlməsinə səbəb olur. Qarlı örtüklər ilə dəniz buzlaqları Günəş şüalarını təkrar olaraq kosmosa əks etdirən təbii faktorlardır. Lakin qlobal istiləşmə səbəbilə bu faktorların sayları da getdikcə azalır. Qlobal istiləşmənin daha bir səbəblərindən biri də odur ki, Sakit okean 2014-cü ildən 2020-ci ilin sonuna kimi istilik fazasında qalıb. Ani olaraq soyuq fazadan uzunmüddətli isti fazaya keçid səbəbilə okean üzərindəki buludların sayı azalıb. Bu isə öz növbəsində okeanın daha çox Günəş şüası udmasına səbəb olub. “Ümid edirəm ki, energetik disbalansın tempi növbəti onilliklərdə aşağı düşəcək. Əks halda biz, daha ciddi iqlim dəyişikliklərinin şahidi olacağıq” - deyə Norman Loeb qeyd edib.

technote.az

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi