İdarəetmə Sistemləri İnstitutunda magistrantların yay imtahan sessiyası uğurla başa çatmışdır
02.07.2021 / XəbərlərAzərbaycan Milli Elmlər Akademiyası Prezidentinin 17 may 2021-ci il tarixli 92 №-li sərəncamına əsasən İdarəetmə Sistemləri İnstitutunda 2021-ci il uyunun 1-dən iyulun 5-dək magistrantların 2020/2021-ci tədris ili üzrə yay imtahan sessiyası keçirilmişdir. Ölkə ərazisində tətbiq olunan karantin rejiminin tələbləri nəzərə alınmaqla imtahanlar ənənəvi qaydada keçirilmişdir.
Sessiya ərzində “Kömpüter elmləri” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə I kursda təhsil alan 4 magistrant ümumilikdə 8 imtahanda iştirak etmişdir.
02 iyul 2021-ci il tarixində yay imtahan sessiyasının son imtahanı keçirilmişdir. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan magistrant fənn müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Paşayevin tədris etdiyi “Kompüter qrafikası” fənnindən imtahanda iştirak etmişdir. İmtahanlarda İnstitutun Təhsil şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva və şöbənin digər əməkdaşları da iştirak etmişdir.
Bununla da, İdarəetmə Sistemləri İnstitutunda 2020/2021-ci tədris ilinin yay imtahan sessiyası uğurla başa çatmışdır.