AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Tətbiqi və Hesablama Riyaziyyatı” beynəlxalq jurnalı təsir əmsalı indeksinə görə dünyada 10-cu yerə yüksəlib

03.07.2021 / Xəbərlər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin nəzdində olan Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu və AMEA-nın təsisçiliyi ilə dərc edilən, “Web of Science” bazasının Q1 siyahısında yer alan “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama Riyaziyyatı) beynəlxalq jurnalının təsir əmsalı (Impact Factor) 2.354-dən 3.898-ə yüksəlib. Beşillik təsir əmsalı isə 2.752 olub.

Dünyanın tanınmış universitet və elmi tədqiqat mərkəzlərində çalışan alimlər öz əsərlərində jurnalda nəşr olunan məqalələrə istinad edirlər. Bu istinadların sayı da jurnalın qeyd olunan reytinqini müəyyən edir.

Jurnal dünyada riyaziyyat, tətbiqi riyaziyyat kateqoriyası üzrə yer alan 265 beynəlxalq nəşr arasında 10-cu, Avropa İttifaqında isə 8-ci yerdə qərarlaşıb. MDB ölkələri sırasında isə jurnal öz liderliyini qoruyub saxlayır. Beynəlxalq elmi jurnalın redaksiya heyətinə dünyanın 20 ölkəsindən 38 görkəmli alim daxildir. Bu günədək 51 nömrəsi çap edilən jurnalda dünyanın 50-dən çox ölkəsini təmsil edən müəlliflərin 500-dən artıq məqaləsi dərc olunub.

Qeyd edək ki, 2008-ci ildə jurnal “Thomson Reuters” agentliyinin (indiki Clarivate Analytics) “Science Citation Index Expanded” siyahısına daxil edilib. Bu təşkilatın illik hesabatına əsasən (2009 Journal Citation Reports) 2010-cu ildə Azərbaycan elm tarixində ilk dəfə olaraq jurnal 0.633 təsir əmsalına layiq görülüb.

Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçmiş elmi məqalələr çap edilir. Nəşr olunduğu 19 il ərzində jurnal 50-dən çox ölkənin 250-dən artıq universitet və elmi müəssisəsi ilə mübadilə həyata keçirib.

Jurnalın fəxri redaktoru İllinoys Universitetinin (ABŞ) professoru Tamer Başar, baş redaktorları – Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, AMEA-nın Rəyasət Heyətinin üzvü, akademik Fikrət Əliyev, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Ukrayna MEA-nın Mexanika Problemləri İnstitutunun professoru Vladimir Larindir.
science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi