AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maarifləndirici seminar keçirilib

07.07.2021 / Xəbərlər

06 iyul 2021-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunda (İSİ) Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Milli pul nişanlarımız"  mövzusunda maarifləndirici seminar keçirilib. Seminarda İdarəetmə Sistemləri İnstitutunun və Azərbaycan Mərkəzi Bankının əməkdaşları iştirak ediblər. Ölkəmizdə pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi rejim nəzərə alınaraq seminar onlayn formatda Zoom platforması üzərindən həyata keçirilib.

Seminarda Azərbaycan Mərkəzi Bankının nağd pul departamentinin əməkdaşı Aysel Məmmədova Azərbaycan Respublikasının pul vahidi haqqında ətraflı məlumat verərək yeni nəsil pul nişanlarının xarakteristikası, formaları barədə danışıb.

A. Məmmədova,  həmçinin müasir dövrdə xüsusi önəm kəsb edən pul nişanlarının mühafizə sistemləri barədə tədbir iştirakçılarına məlumat verərək qeyd edib ki,  kağız pul nişanlarının mühafizə sistemi beynəlxalq təcrübəyə uyğun olaraq 4 pilləli şəkildə hazırlanır. Bildirib ki,  mühafizə elementləri xüsusi qruplar üzrə təsnif olunur və əhali tərəfinfən pulların həqiqiliyi xüsusi bilik və səriştə olmadan müəyyən oluna bilir.

Daha sonra  Mərkəzi Bankın Nağd pul departamentinin Pul nişanlarının ekspertizası və saxtalaşdırılmasına qarşı mübarizə şöbəsinin rəisi Nəsib Pənahlısaxta saxta pullar  bardədə məruzə ilə çıxış etdi. N. Pənahov pul nişanlarının saxtalaşdırılmasının həvəskar və profesional üsulları, saxta pulların təyin olunması mexanizmi və Mərkəzi Bankda ekspertiza potensialından bəhs edərək seminar iştirakçılarına ətraflı məlumat verdi.

N. Pənahov pul nişanlarının keyfiyyətinin yüksək səviyyədə saxlanılması və saxtakarlığın qarşısının alınması məqsədilə Mərkəzi Bank tərəfindən həyata keçirilən təmiz pul siyasəti, çoxsaylı maarifləndirmə tədbirləri, daxili koordinasiya və beynəlxalq əməkdaşlıq  haqqında danışdı, bu istiqamətdə faydalı resursları diqqətə çatdırdı.

Sonra məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırdı, mövzu ətrafında geniş müzakirələr aparıldı, rəy və təkliflər səsləndirildi.

Sonda İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov İSİ-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən keçirilən “Milli pul nişanlarımız” mövzusunda maarifləndirici seminarı yüksək qiymətləndirərək müasir dövrün tələblərinə uyğun olaraq əhalinin bu sahədə biliklərinin  artırılmasının önəmini qeyd etdi. Ə. Sadıqov İSİ-nin müxtəlif dövlət qurumları ilə, o cümlədən Mərkəzi Bankla əməkdaşlıq çərçivəsində bir sıra eilmi-praktiki məsələlərin həllində yaxından iştirak etdiyini vurğuladı və Milli Bankın əməkdaşlarına seminarın təşkilinə görə minnətdarlığını bildirdi.

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi