AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub

08.07.2021 / Xəbərlər

İyulun 7-də AMEA Yüksək Texnologiyalar Parkı (YT Park) Ekspertlər Şurasının növbəti onlayn iclası keçirilib.

“Zoom” platforması üzərindən baş tutan tədbiri giriş sözü ilə şuranın sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev açıb. O, iclasın “PROLİNE CHEMİCALS” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) YT Parkın rezidenti kimi qeydiyyata alınması məsələsinə həsr olunduğunu bildirib.

Daha sonra “PROLİNE CHEMİCALS” MMC-nin təsisçisi və rəhbəri Vüqar Həsənov mikro və makro silikon emulsiyalarından istifadə olunmaqla müxtəlif bərk səthlər üzərində nanohissəciklərdən ibarət hidrofob və antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı ilə bağlı investiya layihəsi haqqında məlumat verib.

O, yüksək keyfiyyətli və effektiv professional yuyucu və təmizləyici vasitələrin istehsalı ilə məşğul olan şirkətin əsas fəaliyyət istiqamətlərini avtoyuma və avtokosmetika, məişət, sənaye və avtomobil kimyası, avtomobillər üçün texniki mayelər təşkil etdiyini vurğulayıb.

Məhsulların hazırlanması zamanı dünyanın aparıcı istehsalçıları tərəfindən istehsal olunan keyfiyyətli xammallardan istifadə edildiyini deyən “PROLİNE CHEMİCALS” MMC-nin rəhbəri qeyd edib ki, şirkət toplanmış biliklərə və müasir elmi nailiyyətlərə əsaslanaraq daim mövcud reseptlərin effektivliyinin artırılması və innovativ məhsulların istehsalı üzərində çalışır.

V.Həsənov “PROLİNE CHEMİCALS” MMC-nin qeyd olunan layihəsinin mövcud istehsal bazası əsasında AMEA YT Park ərazisində həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. O, bunun üçün müəssisənin öz istehsal avadanlıqları, müəyyən qədər xammal ehtiyatları, maliyyə vəsaitləri və işçi heyətinin olduğunu diqqətə çatdırıb, istehsal olunacaq məhsullar barədə məlumat verib. Onun sözlərinə görə, investisiya layihəsinin məqsədi istehsalı nəzərdə tutulan məhsullar üzrə seçilən müştəri seqmentinin bütün tələbatlarını daxili istehsal hesabına təmin etməklə yanaşı, analoji məhsullar üzrə idxaldan asılılığın azaldılması və yeni iş yerlərinin açılması hesabına əmək resurslarının cəlb edilməsidir.

O, həmçinin perspektivdə nəzərdə tutulan işlərdən bəhs edərək yeni avadanlıqların alınması, yeni qablaşmalar üçün pres formaların, yeni etiketlərin dizayn edilməsi və hazırlanması, yeni xammal növlərinin alınması və digər dövriyyə vəsaitlərinin artırılmasının planlaşdırıldığını bildirib.

Müzakirələrdə iştirak edən Ekspertlər şurasının sədri - akademik Rasim Əliquliyev, üzvlər  – akademik Cavad Abdinov, AMEA-nın müxbir üzvləri Oktay Qasımov, Bəxtiyar Məmmədov, tex.ü.f.d., dosent Rəşid Ələkbərov, YT Parkın baş direktoru Vasif Abbasov istehsal olunacaq məhsulun xammalı, formullara uyğun olaraq qablaşdırılması, ekoloji təsirləri, keyfiyyət göstəriciləri, dünya və yerli bazarlarda analoqları, tətbiq sahələrinin genişləndirilməsi, istehsal həcmi ilə bağlı suallarla çıxış ediblər.

Sonda “Proline Chemicals” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib.

Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.

science.gov.az

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 23.05.2025
    ED 1.20 Dissertasiya şurasının növbəti iclası keçiriləcək
  • 16.05.2025
    ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi