AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” kitabı nəşr olunub

08.07.2021 / Xəbərlər

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosial psixologiya şöbəsinin müdiri, gənc alim, s.e.ü.f.d. Günel Məliklinin “Azərbaycan Milli Elmlər Akademiyasının şərəfli tarix yolu” adlı kitabı nəşr olunub.

Kitabın baş elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev, elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə və fəlsəfə elmləri doktoru İzzət Rüstəmovdur.

Nəşr Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının 11 noyabr 2020-ci il tarixli qərarı ilə çapa tövsiyə olunub.

Kitabda elmin təşəkkül tarixi, bilik uğrunda mücadilə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif sisteminin formalaşması, Bakı Dövlət Universitetinin təsis edilməsi, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyəti, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun açılması, SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan şöbəsinin yaradılması, SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialının təşkil edilməsi və Azərbaycan Elmlər Akademiyasının ümumrespublika elm mərkəzinə çevrilməsi elmi cəhətdən əsaslandırılmış şəkildə oxucuya təqdim olunur.

Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidentlərinin həyat və yaradıcılığı, institutları haqqında geniş məlumat verilir. Hazırda akademiyanın institut və təşkilatlarında aparılan elmi araşdırmalar və AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Azərbaycanda elmin inkişafı istiqamətində gördüyü işlər öz əksini tapıb. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyinin hər iki tarixi mərhələsində Azərbaycan Milli Elmlər Akademiyasının inkişafı, mühüm məqamları araşdırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar, inkişaf strategiyası, Azərbaycan Milli Elmlər Akademiyasına diqqət və qayğısından geniş şəkildə bəhs olunur. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı fikirləri, çıxışları diqqətə çatdırılır.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi