AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İdarələrarası Mərkəzin “Ekoloji məsələlər üzrə” və “Enerji təminatı məsələləri üzrə” işçi qruplarının Ağdam şəhərində keçirilmiş iclasında AMEA da təmsil olunub

08.07.2021 / Xəbərlər

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər və Enerji təminatı məsələləri üzrə işçi qruplarının 6 iyul 2021-ci il tarixində Ağdam şəhərində keçirilmiş birgə görüşündə Ekoloji məsələlər üzrə işçi qrupunun Akademiyadan olan üzvləri – AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova və Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev də iştirak ediblər.

İşçi qruplarının üzvləri əvvəlcə Suqovuşanda olan su elektrik stansiyalarına, su anbarına və 35/10/2.5 kVt-luq yarımstansiyaya, sonra Ağdam şəhərinin mərkəzindəki məscidin yanında ermənilər tərəfindən məhv edilmiş təbiət abidəsi statusuna malik 2 ədəd Şərq çinarı (diametri 90 sm, hündürlüyü 25 m, yaşı 200 il) ağaclarına, Ağdam şəhərindən 8 km  məsafədə yerləşən “Çobandağ Əhəngdaşı” yatağına, daha sonra tikilməkdə olan “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına baxış keçiriblər.

İşçi qruplarının birgə iclasında işğaldan azad edilmiş ərazilərdə “Yaşıl enerji zonası Konsepsiyası”nın tətbiqi ilə bağlı perspektivlər, Ağdam şəhərinin enerji təminatı ssenariləri, Qarabağın, o cümlədən Ağdam bölgəsinin iqlim və su ehtiyatları, Qarabağ ərazisində yeraltı sulardan yaşıl enerji potensialı kimi istifadənin perspektivləri və s. bu kimi məsələlər müzakirə mövzuları olub.

Akademik İradə Hüseynova tədbirin iştirakçılarına və jurnalistlərə 44 günlük müharibədə qazanılmış qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının öyrənilməsi istiqamətində AMEA tərəfindən qəbul edilmiş qərarlar, planlar, görülmüş işlər, aparılmış tədqiqatlar barədə geniş məlumat verib.

science.gov.az

Tweet
ELANLAR
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
  • 25.06.2025
    Dissertasiya işinin müzakirəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi