AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər hava temperaturunun rekord dərəcədə artdığını müşahidə ediblər

14.07.2021 / Xəbərlər

Kanada və ABŞ-da yüksək hava temperaturu hadisəsini şərh edən zaman klimatoloqlar bütün dünyanın ekstremal hava şəraiti dövrlərinə hazırlıq tədbirlərini gücləndirməyinin vacibliyini qeyd ediblər. Bir neçə gün bundan öncə təqdim edilmiş müşahidə nəticələrinə əsasən insan fəaliyyəti səbəbilə yaranan iqlim dəyişiklikləri ekstremal hava şəraitləri ehtimalını 150 dəfə yüksəldib. Bu barədə The Guardian saytı xəbər verib. Keçən həftə Britaniya Kolumbiyası, Vaşinqton və Portlenddə sutkalıq temperatur göstəricisi 5 dərəcə yüksələrək 49.6 dərəcə Selsi təşkil etmişdi. Bu isə rekord göstərici hesab edilir.

2 həftə bundan öncə həmin regionlarda bu cür yüksək temperatur göstəricisi qeyri-mümkün hesab edilirdi. Əsasən Afrika olmaqla bu cür hava temperaturu tendensiyası bütün dünyada müşahidə oluna bilər. Ən isti iyun ayı bu il Helsinki, Moskva və Tallində müşahidə olunub. Alimlər parnik qazlarının emissiyası səbəbilə yarana biləcək isti hava dövrlərini dəfələrlə proqnozlaşdırırdılar. Lakin aparılmış yeni tədqiqatın müəlliflərinin sözlərinə əsasən proses artıq işə düşüb və o, iqlim modelləri üzrə istənilən ən pis senarini geridə qoyur. “Heç şübhəsiz bu, mənim gördüyüm ən böyük temperatur artımıdır. Biz, istilik dalğalarının özlərini əvvəlki kimi aparacaqlarına ümid edə bilmərik” - tədqiqatçılardan biri qeyd edib.

Hal hazırda əsas sual ondan ibarətdir ki, müşahidə olunmuş yüksək hava temperaturu sadəcə olaraq təsadüf olub yoxsa yox? Əgər bu hadisə təsadüfi deyilsə, deməli iqlim sistemi müəyyən sərhədi keçib və bu halda yeni mərhələyə start verilib Yeni mərhələ çərçivəsində isə qlobal istiləşmə böyük olmayan həcmdə ekstremal temperatur şəraitlərinin sayını yüksəldə bilər. Bu son ehtimalın elmi sübutları hələ ki, mövcud deyil. Lakin alimlər bu məsələyə aydınlıq gətirmək üçün təcili müşahidələrə start veriblər. Onlar quraqlıq və okean axınlarının zəifləməsi kimi əlavə iqlim formalarının hava temperaturunu artırıb-artırmadıqlarını öyrənmək istəyirlər.

technote.az

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 23.05.2025
    ED 1.20 Dissertasiya şurasının növbəti iclası keçiriləcək
  • 16.05.2025
    ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi