Saytın xəritəsi
AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • KADR HAZIRLIĞI
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
    • Sərgi zalı
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Astronomlar qeyri-adi qoşa ulduz aşkar ediblər

14.07.2021 / Xəbərlər

Astronomlar Əkizlər bürcündə qeyri-adi qoşa ulduz aşkar ediblər. Onlardan biri qonşunun cazibə qüvvəsinin təsiri altında damcı formasını alıb. Yetmiş milyon ildən sonra onlar qovuşacaq və nəticədə ifrat yeni partlayış baş verəcək. Tədqiqatın nəticələri “Nature Astronomy” elmi jurnalında dərc edilib.

Tədqiqatın müəlliflərindən biri, Vorvik Universitetinin elmi işçisi İndqrid Pelisolinin fikruncə, ağ cırtdan qonşunun plazmasının onun səthinə birbaşa axması üçün kifayət qədər çox materiya uda bilər. Əgər bu baş verməsə, onda ulduzlar tədricən yaxınlaşacaq və qovuşacaq. İstənilən halda ifrat yeni partlayış baş verəcək.

Astronomlar öz enerji mənbələri olmayan, “yanmış” kiçik ulduzların nüvəsini ağ cırtdan adlandırırlar. Onlar Günəşdən on dəfədən çox ağır olmayan ulduzların ömrünün son mərhələsində meydana gəlir. Belə ulduzlar ifrat yeni formada partlamır, lakin öz xarici qabığını tullayır. Nəticədə dumanlıq yaranır, onu da əvvəlki nüvə içəridən “işıqlandırır”.

Ağ cırtdanların kütləsi Çandrasekar həddini ötə bilməz. Ona çatdıqda “yanmış” ulduzun nüvəsinin materiyası elə sıxlaşır ki, onun atomları mövcud olmur və neytron ulduza çevrilir. Ənənəvi olaraq hesab edilir ki, bu hədd Günəşin kütləsindən təqribən 1,44 dəfə çoxdur, lakin onun dəqiq qiyməti müəyyən edilməyib.

Demək olar, bütün ağ cırtdanlar həmin həddən çox uzaqdır. Lakin bu cür yanmış qoşa ulduzların, habelə ağ cırtdanın və adi ulduzun qovuşması nəticəsində həmin hədd üstələnir. Nəticədə birinci tip ifrat yeni güclü termonüvə partlayış baş verir və hər iki ulduzun, demək olar, bütün materiyası işığa və enerjiyə çevrilir.

Pelisoli və onun həmkarları yaxın vaxtlarda (astronomik hesablamalar üzrə) bənzər partlayış doğuracaq qoşa ulduz kəşf ediblər. Onlar Yer tipində ekzoplanet axtarışı üçün 2019-cu ildə buraxılmış TESS orbital teleskopunun göndərdiyi məlumatları araşdırıblar. Alimlərin diqqətini Yerdən 1,5 min işıq ili məsafəsində Əkizlər bürcündə yerləşən, işığı dövri olaraq artan və azalan HD265435 ulduzu cəlb edib. Bir qayda olaraq, belə dəyişmə adətən ulduzun ətrafında bir və ya bir neçə planetin olduğunu göstərir. Lakin budəfəki halda alimlər sözügedən ulduz sisteminin quruluşunun son dərəcə ekzotik xarakterini kəşf ediblər. Alimlərin fikrincə, işıqlanmanın gücündəki dəyişiklik onunla əlaqədardır ki, HD265435 bizim görə bilmədiyimiz ağ cırtdan və isti subcırtdandan ibarətdir. Pelisoli və həmkarları müəyyən ediblər ki, isti subcırtdanın forması ulduz üçün son dərəcə qeyri-tipikdir. O, ağ cırtdanın cazibə qüvvəsinin təsiri altında damcı formasında dartılıb. Alimlərin hesablamalarına görə, hər iki ulduz qravitasiya dalğalarının şüalanmasına görə enerjini itirdiyi üçün onlar arasında məsafə fasiləsiz olaraq azalacaq. Bu, 70 milyon ildən sonra onların qovuşmasına və kütləsi Günəşdən azı 1,65 dəfə çox olan yeni obyekt doğuracaq. HD265435 ulduz sisteminin bu xüsusiyyəti onu Yerə ən yaxın birinci tip ifrat yeni “yaranış” edir. Gələcək tədqiqatlar ağ cırtdanların və isti subcırtdanların qovuşmasının belə partlayışları nə dərəcədə tez-tez doğurmasını başa düşməyə imkan yaradacaq.

AzərTac

Tweet
ELANLAR
  • 07.09.2022
    Dissertasiya işinin müzakirəsi keçiriləcək
  • 20.07.2022
    “Mustafa Mükafatı” 2023-cü il üzrə namizədlərin qəbulunun elan edilib
  • 20.07.2022
    Cənubi Koreyada GIST Beynəlxalq Təqaüdləri elan edilir
  • 20.07.2022
    Azərbaycanlı tələbələr üçün DAAD doktorantura və tədqiqat təqaüdləri elan edilib
Akademik Telman Əliyev
www.telmanaliev.az
VİDEO
HORIZON 2020
AMEA İdarəetmə Sistemləri İnstitutu Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2017-2022 AMEA İnformasiya Texnologiyaları İnstitutu