AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

AMEA və Fransanın Monpelye Universitetinin Birgə Seçki Komissiyasının onlayn görüşü keçirilib

13.07.2021 / Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Fransanın Monpelye Universitetinin (MU) müştərək doktorantura proqramı üzrə 2021-ci il üçün elan edilmiş müsabiqə çərçivəsində namizədlərin seçimi məqsədilə AMEA və MU-nun Birgə Seçki Komissiyasının onlayn formatda görüşü keçirilib.

Onlayn görüşdə AMEA tərəfindən komissiyanın sədri – AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, üzvləri – AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, f.ü.f.d. Rüstəm Rüstəmov və Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, b.ü.f.d. Esmira Əlirzayeva iştirak edib.

İclasda Monpelye Universitetini komissiyanın sədri – bu ali müəssisənin Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, professor Patrick Caron, üzvləri – Biologiya (CBS2) üzrə doktorluq təşkilatının direktoru, professor Sofia Kossida və təşkilatın üzvü, professor Fabrice Ango, MU-nun Beynəlxalq əlaqələr idarəsinin direktoru Celine Delacourt-Gollain təmsil edib.

Müştərək doktorantura proqramına təqdim edilmiş mövzular üzrə ilkin seçim mərhələlərindən uğurla keçmiş namizədlər Birgə Seçki Komissiyanın qarşısında təqdimatla çıxış ediblər və komissiya üzvlərinin suallarını cavablandırıblar.

Fikir mübadiləsi məqsədilə AMEA və Monpelye Universiteti tərəfindən komissiya üzvlərinin ayrılıqda müzakirəsi keçirilib. Tərəflər yenidən bir araya gələrək qərarlarını təqdim edib və müzakirə əsasında ümumi nəticəyə gəliblər. Komissiyanın üzvləri tərəfindən müvafiq sənəd imzalanıb.

Seçilmiş namizədlər təhsil müddətinin 2 ilini Monpelye Universitetində, 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görülmək hüququ qazanırlar.

Qeyd edək ki, 2018-ci ildən bu proqram üzrə 5 doktorant təhsilini davam etdirir.

science.gov.az

Tweet
ELANLAR
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 23.05.2025
    ED 1.20 Dissertasiya şurasının növbəti iclası keçiriləcək
  • 16.05.2025
    ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 16.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi