AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Rəşid Ələkbərov İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru vəzifəsinə təyin edilib

15.07.2021 / Xəbərlər

Texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin sərəncamı ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru vəzifəsinə təyin edilib.

R.Ələkbərov 2 fevral 1953-cü il tarixində anadan olub. 1970-ci ildə Bakı şəhəri 1 №-li fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirərək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsinin “Elektron hesablama maşınları” ixtisasına qəbul olunub.

1975-ci ildə həmin institutu bitirdikdən sonra təyinatla AEA Kibernetika İnstitutuna göndərilib və burada mühəndis, böyük mühəndis, kiçik elmi işçi vəzifələrində çalışıb. 1983-cü ildən Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində aparıcı mühəndis, qrup rəhbəri vəzifələrində işləyib. 1992-2002-ci illərdə isə AMEA-nın institut və təşkilatlarında lokal kompüter şəbəkələrinin layihələndirilməsi və yaradılması işlərini həyata keçirən laboratoriyaya rəhbərlik edib.

R.Ələkbərov 2002-ci ildən e-elmin texnoloji platforması olan AzScienceNet Elm-Kompüter Şəbəkəsinin infrastrukturunun yaradılması, genişləndirilməsi, elmi-nəzəri problemlərinin araşdırılması işlərini və onun GEANT (Avropa Elm və Təhsil Şəbəkəsi) şəbəkə infrastrukturuna inteqrasiyasını həyata keçirən, həmçinin AMEA-nın institut və təşkilatlarına İnternet xidmətləri göstərən şöbəyə rəhbərlik edir.

2007-ci ildə “Kompüter şəbəkələri əsasında paylanmış hesablama mühitinin sintezi üçün model və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə edərək 05.13.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2011-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə institutun baş mühəndisi, 2015-ci ildə isə texnologiyalar üzrə direktor müavini vəzifəsinə təsdiq edilib.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən “dosent” elmi adına layiq görülüb. Hazırda “Şəbəkə mühitində hesablama buludlarının sintezi və intelektual idarə edilməsinin metod və alqoritmlərinin işlənməsi”  mövzusu üzrə elmlər doktoru dissertasiyası üzərində tədqiqat işlərini tamamlamaq ərəfəsindədir.

Alim 100-dən çox elmi əsərin, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan 67, o cümlədən WoS və Scopus bazalarında indeksləşən jurnallarda çap olunmuş 27 məqalənin müəllifidir.

Elmi və elmi-təşkilati fəaliyyət sahəsində xidmətlərinə görə, R.Ələkbərov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2009-cu ildə “Tərəqqi” medalına və 2015-ci ildə isə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb. Yeni Azərbaycan Partiyasının üzvüdür.

frteb.science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi