Kibernetika İnstitutunun Elmi Şurası keçirilmişdir
14.11.2012 / Elmi şuranın iclasları14 noyabr 2012-ci il tarixində Kibernetika İnstitutunin Elmi Şurası keçirilmişdir. Elmi Şurada "Xarici əlaqələr və İnnovasiya" şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Babayev T.Ə., 7 saylı "Fаzi iqtisаdiyyаt" laboratoriyasının müdiri, iqtisad elmləri doktoru İmanov Q.C., 13 saylı "Texniki və ekoloji sistemlərin riyazi modelləşdirilməsi və proqnozlaşdırılması" laboratoriyasının əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi Məmmədov İ.Q., 6 saylı "Determenik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı" laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru Ayda-zadə K.R., 13 saylı "Texniki və ekoloji sistemlərin riyazi modelləşdirilməsi və proqnozlaşdırılması" laboratoriyasının əməkdaşı, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Sadıqov Ə.B. 2012-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri barəsində hesabat vermişlər.