Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının elmi seminarı keçirilmişdir
16.07.2021 / Xəbərlər16 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının elmi seminarında AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) aparıcı elmi işçisi, r.ü.f.d., dosent Elxan Səbziyevin "Uçan obyektlərin avtonom naviqasiya məlumatları əsasında idarə olunması üçün metodların, alqoritmlərin işlənilməsi və tətbiqi" adlı doktorluq dissertasiya işinin müzakirəsi keçirilmişdir. Seminarda Hərbi Akademiyanın əməkdaşları və dəvət olunan mütəxəssislər iştirak etmişdir.
Sonda Elxan Səbziyev seminar iştirakçılarının suallarını cavablandırmış, mövzu ətrafında müzakirələr aparılaraq rəy və təkliflər səsləndirilmişdir.