AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Ən qədim meteorit tapılıb

21.07.2021 / Xəbərlər

İngiltərənin qərbində Qlosterşir qraflığında tapılmış kiçik daş parçasının ən qədim meteorit olduğu müəyyən edilib.

RİA Novosti saytı xəbər verir ki, alimlərin fikrincə, onun yaşı 4,6 milyard ildir. Bu, Yer üzündə indiyədək tapılmış ən qədim meteoritdir. Planetin öz yaşı 4,54 milyard ildir. Tapıntı haqqında Lafboro Universiteti məlumat yayıb. Məlumatda bildirilib ki, Lafboro sakini, Şərqi İngiltərə Astrofizika Tədqiqatları Təşkilatının (EAARO) əməkdaşı Derek Robson tərəfindən tapılmış kömür rəngində bu kiçik daş Günəş sistemi planetlərinin formalaşmasından sonra qalmış kosmik zibil fraqmentidir. Güman edilir ki, o, Yer üzünə Mars və Yupiterin orbitləri arasında yerləşən asteroid qurşağından düşüb.

Hazırda Lafboro Universitetindən tədqiqatçılar EAARO-dan olan həmkarları ilə birlikdə meteoritin quruluşunu və tərkibini öyrənilər. Meteoritə, yaxınlığında tapıldığı kəndin adı verilib – Uinçkomb. Alimlər erkən Günəş sistemində baş vermiş proseslərə, eləcə də Yerin mənşəyi və burada həyatın yaranmasına dair suallara cavab tapmağa ümid edirlər. Onlar səthin morfologiyasının mikron və nanometr miqyasda tədqiqi üçün elektron mikroskopiyadan, həmçinin maddələrin kristallik strukturu, kimyəvi faza və molekulyar qarşılıqlı təsiri haqqında müfəssəl məlumat verən titrəyiş spektroskopiyasından və rentgen şüalarının difraksiyasından istifadə edirlər.

Müəlliflərin fikrincə, meteoritin materialı heç vaxt güclü kosmik toqquşmalara məruz qalmamış, yəni protoplanetar cisimlərin meydana gəlməsində iştirak etməmiş hissəciklər və tozdan ibarət zəif birləşmiş betona bənzəyir. Daxili struktur kövrək, seyrək və məsaməlidir, çatlamışdır. Görünür ki, Marsın arxa tərəfində yerləşib və ona heç nə toxunmayıb.

Qədim meteorit karbonlu xondritin – tərkibində üzvi material olan kosmik materialın nadir nümunəsidir. Derek Robson bildirib ki, karbonlu xondritlərdə üzvi birləşmələr, bütün canlılarda olan aminturşular olur. Yerin yaranmasından əvvələ aid olan bu materialda sözügedən birləşmələrin tanınması və təsdiq edilməsi həyatın necə yarandığını anlamaq üçün mühüm addım olacaq.

azertag.az

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi