AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Günəşdə uzunperiodlu rəqslərə dair tədqiqat aparılıb

21.07.2021 / Xəbərlər

Günəş Dinamikası Rəsədxanasının (Solar Dynamics Observatory, SDO) onilliklər boyunca müşahidələrinin məlumatlarını təhlil edən alimlər ilk dəfə olaraq Günəşdə 27 günə bərabər uzunperiodlu rəqslər aşkar ediblər. Tədqiqatın nəticələri “Astronomy & Astrophysics” jurnalında dərc edilib.

TASS informasiya agentliyi xəbər verir ki, rəqslər Günəşin səthində təqribən saatda beş kilometr sürətlə hərəkət edən burulğan kimi təzahür edir. Tədqiqatın rəhbəri, Maks Plank Günəş Sisteminin Tədqiqatları İnstitutundan və Almaniya Hettingen Universitetindən Loran Qizonun sözlərinə görə, uzunperiodlu rəqslər günəşin dövretməsindən asılıdır, onlar təbiətən akustik deyil. Günəşin uzunmüddətli rəqslərinin aşkarlanması üçün illər ərzində onun səthində üfüqi hərəkətlərin ölçülməsi zəruridir. SDO-dan aparılan fasiləsiz helioseysmik və maqnit müşahidələr bu məqsəd üçün ideal dərəcədə uyğundur.

Tədqiqatçılar, hər birinin öz periodu və məkan asılılığı olan onlarla rəqs rejimi qeydə alıblar. Onların bir qismi qütblərdə, digərləri orta enliklərdə, üçüncüsü isə ekvatorda maksimal sürətə malikdir. Ekvator yaxınlığındakı maksimal sürət rejimi Rossby 2018-ci ildə kəşf edilib.

Kompüter modelindən istifadə edən müəlliflər göstəriblər ki, aşkar edilmiş rəqslər rezonans modalarıdır və mənşə baxımdan Günəşin diferensial dövretməsinə bağlıdır.

Müəlliflərin fikrincə, bu modellər Günəşin daxilinə baxmağa və rəqsin tam üçölçülü strukturunu müəyyənləşdirməyə imkan verir.

Tədqiqatçılar müəyyən ediblər ki, rəqslər Günəşdə daxili proseslərə, məsələn, turbulent hərəkətlərin gücünə və onunla bağlı Günəş mühitinə, habelə konvektiv hərəkətlərin gücünə çox həssasdır. Yeni növ rəqslərin kəşfi Günəşin daxili xüsusiyyəti, o cümlədən konvektiv hərəkətlər gücü haqqında nəticə çıxarmağa imkan yaradır.

Qeyd edək ki, Günəşi tədqiq edən fiziklər 1960-cı illərdə milyonlarla qısaperiodlu, təqribən 5 dəqiqəlik akustik rəqs modaları kəşf ediblər. Bunlar səthə yaxın konvektiv turbulentlikdən yaranıb. Beşdəqiqəlik rəqslər yerüstü və kosmik teleskoplar tərəfindən fasiləsiz müşahidə olunur. Seysmoloqlar Yerin daxili quruluşunu öyrəndikləri kimi, helioseysmoloqlar da həmin rəqslərdən Günəşin daxili strukturunu və dinamikasını öyrənmək üçün istifadə edirlər.

Ulduzlarda qısa rəqslərlə yanaşı, xeyli uzun rəqslərin olduğunu alimlər hələ 40 il əvvəl söyləyiblər, lakin onları indiyədək aşkar etmək mümkün olmayıb.

NASA-nın CDO rəsədxanası 2010-cu ildən fəaliyyətə başlayıb. Bu müddət ərzində rəsədxana Yerə yüz milyondan çox təsvir göndərib.

azertag.az

Tweet
ELANLAR
  • 13.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 11.03.2026
    Elmi Şuranın ilk iclası keçiriləcək
  • 11.03.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
  • 06.03.2026
    14-15 aprel 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində "Elmi inkişaf: uğurlar və çağırışlar" Doktorantların və Gənc Tədqiqatçıların III Respublika elmi konfransı keçiriləcəkdir.
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi