AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Daşlı adasında palçıq vulkanı püskürən əraziyə baxış keçirilib

23.07.2021 / Xəbərlər

İyulun 16-17-də AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM), Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin mütəxəssislərindən ibarət ekspedisiya qrupu iyulun 4-də Xəzər dənizindəki Daşlı adasında püskürmüş palçıq vulkanının ətraf mühitə təsirlərinin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə adaya səfər ediblər. Ekspedisiya qrupu Daşlı adasında palçıq vulkanı püskürən əraziyə baxış keçirərək, dib və su nümunələri götürüblər.

İşçi qrupunun tərkibində RSXM-nin Makroseysmik tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev də olub. Qeyd edək ki,  mütəxəssislərin iştirakı ilə əraziyə dron vasitəsilə baxış keçirilib, götürülmüş nümunələr yoxlanış üçün laboratoriyalara göndərilib. E.Qaravəliyev qeyd edib ki, palçıq vulkanının katerində hələ də 2 metr yüksəklikdə alov müəyyən olunub. Həmin ərazidə quşların və su ilanlarının kütləvi şəkildə məhv olduğu aşkar edilib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ərazidən nümunə üçün götürülən elementlərə baxış keçirib. Baş direktor bildirib ki, bu nümunələr sırf elmi araşdırmalar üçün vacibdir. Götürülən nümunələrin tərkibində hansı elementlər, qazlar və ağır metalların olduğu və onların miqdarı öyrəniləcək. Baş direktor araşdırmaların aparılmasına vaxt tələb olunduğunu və yalnız araşdırmalar başa çatdıqdan sonra yekun fikir söyləməyin mümkün olacağını deyib.

Xatırladaq ki, Xəzərdəki Daşlı adasında iyulun 4-də saat 21:51-də palçıq vulkanı püskürüb. RSXM-nin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, püskürmənin davamlılığı 8 dəqiqə davam edib. Vulkanın dərinliyi 1,48 km, gücü 2,17 ml olub. Bundan əvvəl Daşlı adasındakı vulkanda püskürmə 1945-ci ildə qeydə alınıb.

science.gov.az

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi