AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Hubble” teleskopu Qanimedin atmosferində su izi aşkar edib

27.07.2021 / Xəbərlər

“Hubble” orbital teleskopu ilk dəfə olaraq Qanimedin (Yupiterin ən böyük peyklərindən biri) atmosferində su buxarı izinin olduğunu müəyyən edib.

Bunun nəticəsində alimlər Qanimedin atmosferinin necə yarandığını təxmin ediblər. Tədqiqatın nəticələri “Nature Astronomy” jurnalında dərc olunub. Tədqiqatçıların fikrincə, Qanimedin seyrək atmosferi onun səthindəki buzun Günəş şüalarının və yüklü hissəciklərin təsiri altında daim buxarlanması nəticəsində meydana gəlib. Lakin müşahidələr göstərib ki, onun atmosferində oksigen var, su isə yoxdur. “Hubble” teleskopunun məlumatlarında onun izi ilk dəfə aşkarlanıb.

Alimlər Qanimedin seyrək atmosferinin olmasını çoxdan bilirlər: onun izini “Hubble” 1998-ci ildə kəşf edib. Teleskop Qanimedin ətrafında çoxlu miqdarda oksigen ionları aşkarlayıb. Alimlər güman edirdilər ki, su molekulları onun mənbəyi ola bilər. Lakin sonralar Qanimedin atmosferində su izi tapılmayıb.

Cənub-Qərb Tədqiqat İnstitutundan (ABŞ) Kurt Rezerfordun rəhbərliyi ilə astronomlar Qanimedin 2018-ci ildə bir neçə saat Yupiterin kölgəsində olduğu vaxt aparılmış müşahidələrin nəticələrini analiz ediblər. Onları “Hubble” teleskopunun əvvəlki illərə aid məlumatları ilə tutuşduran alimlər Qanimedin spektrindən oksigen siqnalını “pozublar” və nəticədə peykin spektrində “su” xəttini görüblər. Əvvəllər onu oksigen ionlarından olan daha güclü siqnal boğurdu.

Alimlər Qanimedin atmosferində suyun konsentrasiyasını qiymətləndiriblər və təxmini kütləsini ölçüblər. Həmçinin aşkar ediblər ki, peykin işıqlı və tünd tərəflərində su buxarının konsentrasiyası son dərəcə fərqlənir. Günəş tərəfdə Yupiterin peykinin hər kvadratsantimetrinə 30 nanoqram düşüb, əks tərəfdə isə əsla olmayıb.

AzərTac

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi