AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Türkiyədə Nizami Gəncəviyə həsr olunmuş konfransda ədibin poetik ənənələri və yaradıcılığındakı memarlıq məsələlərindən danışılıb

27.07.2021 / Xəbərlər

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfransın birinci paneli keçirilib.

Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə keçirilən tədbirin bu panelinə Bursa Uludağ Universitetinin (UU) professoru Mehmət Yücə sədrlik edib.

Paneldə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rəfael Hüseynov, Qafqaz Universitetlər Birliyinin sədri Ramazan Korkmaz, azərbaycanlı professorlar Şahin Fazil, Cəfər Qiyasi və dosent Yusif Əliyevin çıxışları dinlənilib.

Çıxışlarda alimlər Nizami Gəncəvi ədəbi məktəbi və poetik ənənələri XIII-XX əsrlərdə Şərq və Qərb mədəniyyətlərində, şairin qəzəllərinə yanaşmalar, Nizaminin memarlıq düşüncələri kontekstində Azərbaycanın Səlcuqlar dövründəki memarlıq mövzularında fikir və düşüncələrini bölüşüblər.

Diqqətə çatdırılıb ki, Nizami Gəncəvinin elmi əsaslara söykənən ədəbi yaradıcılığı daim tədqiqatçılar üçün cəlbedici olmuş, geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunub.

Azərbaycanda doğulan və doğma vətənində yazıb-yaradan dahi Azərbaycan şairi Nizami Gəncəvi gələcək nəsillərə “Xəmsə” adlanan poetik əsərlər toplusunu miras qoyub. Vurğulanıb ki, Nizami Gəncəvinin əsərlərinin beynəlxalq aləmdə sürətlə yayılmasının və sevilməsinin başlıca səbəbi onun mövzu və süjetlərinin dünyəvi olmasıdır.

Qeyd edək ki, konfrans çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Nizami Gəncəvinin əsərləri əsasında çəkilmiş rəsm əsərlərindən ibarət sərginin açılışı olub. Sərgi iyulun 30-dək ziyarətçiləri qəbul edəcək.

AzərTac

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi