AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Elmi jurnalların beynəlxalq bazalarda təmsilçilik məsələləri ilə bağlı fəaliyyət planı təqdim edilib

04.08.2021 / Xəbərlər

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının vəziyyəti haqqında məsələ müzakirə olunub.

İnstitutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri ilə bağlı fəaliyyət planını təqdim edib.

R.Həsənova diqqətə çatdırıb ki, fəaliyyət planına əsasən işçi qrup təşkil olunub, elmi jurnalların “Web of Science” bazasında təmsilçilik məsələləri araşdırılmış və institutun elmmetriya saatında təqdim olunub. Jurnalların veb saytları ilə nəşriyyatın veb səhifəsi arasında qarşılıqlı hiperistinadların yaradılması ilə bağlı problemlər aradan qaldırılıb, elmi jurnalların saytında müəlliflərin rəy izləmə imkanı təkmilləşdirilib.

O, jurnalogiya – akademik nəşr prosesinin bütün aspektlərinə dair tədqiqatların aparıldığını, bu məsələyə həsr olunmuş elmmetriya saatının keçirildiyini və broşürün hazırlandığını da diqqətə çatdırıb.

R.Həsənova qeyd edib ki, redaksiya heyəti üzvlərinin təyin edilməsi qaydaları, ədəbiyyat siyahısının hazırlanmasında transliterasiya sisteminin tətbiqi, məqalələrin ədəbiyyat siyahısının beynəlxalq standartlar əsasında tərtib edilməsi, elmi jurnalların “Web of Science”, “Scopus” və digər bazalarda təmsilçilik məsələləri ilə bağlı işlər davam etdirilir.

Məruzəçinin sözlərinə görə, elmi jurnalların beynəlxalq akademik bazalarda qeydiyyatı üçün müraciətlərin hazırlanması və göndərilməsi, elmi jurnalların veb saytlarının vahid standarta gətirilməsi qaydaları, jurnalların veb saytlarının beynəlxalq standartlara uyğunlaşdırılması da fəaliyyət planı çərçivəsində görüləcək işlər sırasındadır.

O, həmçinin müəlliflərin coğrafiyasının genişləndirilməsi məsələləri, “İnformasiya Cəmiyyəti Problemləri” jurnalının AAK tərəfindən təqdim edilən Azərbaycanda məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısında multidissiplinar jurnal kimi göstərilməsinin təmin edilməsi, jurnallardakı məqalələrin ingilis dilinə tərcümə edilməsi və digər məsələlər barədə məlumat verib.

İnstitutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov fikirlərini bölüşərək hər iki jurnalın fəaliyyət planında qarşıya qoyulan məsələlərlə bağlı işlərin sürətli şəkildə davam etdiyini, yaxın vaxtlarda qeyd olunan problemlərin həllinin  nəzərdə tutulduğunu söyləyib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnallarının “Web of Science”, “Scopus” kimi nüfuzlu beynəlxalq bazalarda təmsil olunmasının institutun qarşısında duran əsas vəzifələrdən olduğunu vurğulayıb. Akademik işçi qrupun üzvləri və digər məsul şəxsləri jurnallarla bağlı qarşıya qoyulmuş tapşırıqların icrasında fəal olmağa çağırıb.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi