AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

04.08.2021 / Xəbərlər

16-17 sentyabr 2021-ci il tarixlərində Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Tədbirin plenar iclası Ağdamda, digər iclasları isə onlayn təşkil olunacaq.

Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaq:

- Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər;
- Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı;
- Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət;
-
Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı.

Konfransın materialları (məqalə və tezislər toplusu) nəşr ediləcək. Məqalə və tezislər yalnız elektron formada, Azərbaycan, türk, rus və ingilis dillərində qəbul olunur.

Məqalə və tezislər aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:

- Microsoft Word (A4) formatında, Times New Roman şriftilə (hərflərin ölçüsü - 12; sətirlərarası interval - 1,15; kənardan məsafələr - soldan 3 sm, sağdan 1 sm, yuxarı və aşağı 2 sm);

- Məqalənin həcmi 15 000-20 000, tezislərin həcmi 2 000-2 500 işarə arasında olmalıdır;

- Məqalənin adı böyük hərflərlə, tünd (bold), 12 şriftlə, müəllifin (müəlliflərin)
soyadı, adı, atasının adı (tam şəkildə) 12 şriftlə, müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvanı, əlaqə nömrəsi yeni sətirdə 11 şriftlə, məqalənin xülasəsi maksimum 1 000 işarədən ibarət olmaqla 11 şriftlə yazılmalıdır. Ədəbiyyat siyahısı əlifba sırası ilə 11 şriftlə yığılmalıdır.

Məqalə mətnlərində aşağıdakı bölmələrin olması şərtdir:

- Problemin qoyuluşu (yaxud Giriş);

- Təhlil və qiymətləndirmə;

- Nəticə və təkliflər.

Məqalələr 10 sentyabr 2021-ci ildən gec olmayaraq elektron formada [email protected] ünvanına göndərilməlidir. Göstərilən tarixə qədər göndərilməyən və konfransın elmi istiqamətlərinə uyğun gəlməyən məqalə və tezislər qəbul edilməyəcək.

Tel.: (+994 51) 7602414 (Fidan Axundova, AR Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı)
science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi