AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Cənubi Koreyanın DeepBrain şirkəti real insanların rəqəmsal kopyalarını yaradır

16.08.2021 / Xəbərlər

Cənubi Koreyanın DeepBrain adlı şirkəti real insanların rəqəmsal kopyalarını yaratmaq ilə məşhurdur. İndi isə şirkət növbəti investisiya raundunu uğurla başa vurub və bunun nəticəsində 44 milyon dollar investisiya əldə edib. Sözügedən şirkət süni zəka elementlərinə sahib patentləşdirilmiş alqoritmlər əsasında hazırlanan qeyri-adi məhsul satmaqla məşğuldur. Söhbət, real insanın rəqəmsal kopyasından gedir. DeepBrain şirkəti real insanın mimikasını, danışıq tərzini və əl-qol hərəkətlərini kopyalayır. Daha sonra kopyalanmış elementlər real insanın rəqəmsal kopyasına inteqrasiya olunur və nəticədə rəqəmsal kopya fərdi həyatını sürə və real insanın müəyyən tapşırıqlarını yerinə yetirə bilər. Sözügedən texnologiyanın yaradıcılarının fikirlərinə əsasən bu cür rəqəmsal kopyalar xəbər telekanalları, siyasətçilər, banklar və satışla məşğul olan şirkətlər üçün uyğun olacaqlar.

DeepBrain-in yaratdığı texnologiyanın bariz nümunəsi kimi Cənubi Koreya prezidenti Mun Çje İn-in rəqəmsal kopyasını göstərmək olar. Şirkət onun dəqiq rəqəmsal kopyasını yaratmaq üçün prezidentin ictimai çıxışlarından istifadə edib. Nəticədə prezidentin yaradılmış rəqəmsal kopyasını ictimai çıxışlarda istifadə etmək olar. Rəqəmsal kopya ictimai çıxışları reallaşdıran zaman əsl prezident isə digər işlərini yerinə yetirə bilər. İnsanlar əsl prezident ilə rəqəmsal kopya arasında fərqi anlaya bilməyəcəklər. Lakin prezidentin rəqəmsal kopyası bu texnologiyanın sadəcə imkanlarını sərgiləyən faktordur. DeepBrain bildirib ki, o, prezidentin rəqəmsal kopyasından öz mənfəətləri üçün istifadə etmək niyyətində deyil.

DeepBrain hər hansısa bir şirkətdən sifariş qəbul edəndən sonra o, rəqəmsal kopyası yaradılacaq şəxsi öz studiyasına dəvət edir. Daha sonra həmin şəxs eyni anda bir neçə kamera tərəfindən skan edilir. Skan prosesi zamanı şəxs öncədən hazırlanmış mətni oxumaqla məşğul olur. Mətni oxuyan zaman o, müxtəlif əl hərəkətlərini də sərgiləyə bilər. Məlumatların yazılmasından sonra şirkət onları machine learning üçün istifadə edir. Süni zəka öz növbəsində rəqəmsal kopyanın yaradılması üçün şəxsin mimikaları ilə jestlərini səsi ilə birləşdirir.

Nəticədə real şəxsin tam rəqəmsal kopyası yaradılır. Səs ilə bağlı olan məlumatlar mimika ilə sinxronlaşdırılır, əl və bədən isə təbii şəkildə hərəkət edirlər. DeepBrain öz texnologiyasını sərgiləyəndən sonra bir sıra böyük şirkət onunla maraqlanmağa başlayıb. Şirkət artıq MBN, MetroNews, LG HelloVision media brendləri, Kookmin bankı və online təhsil ilə məşğul olan şirkətlərlə əməkdaşlıq edir. Hal hazırda DeepBrain-in platforması tam hazır şəkildədir və şirkət süni zəka bankirlərinin yaradılması ilə məşğul olmağa başlayıb. Süni zəka bankirləri kredit inspektorlarını və adi bank əməkdaşlarını əvəz etməlidirlər. Daha sonrakı mərhələdə şirkət rəqəmsal hüquqşünasların yaradılmasını planlaşdırır.

technote.az

Tweet
ELANLAR
  • 26.08.2025
    “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfrans (PCI 2025) keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 30.06.2025
    Üstün zəkalı insanların inkişafının məhdudiyyətsizliyi, qüsurlu insanların həyata müsbət baxışları adlı seminar keçiriləcək
  • 30.06.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi