AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İşğaldan azad edilmiş ərazilərin bərpası üçün xarici investisiya imkanları araşdırılır  

26.08.2021 / Xəbərlər

26 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsinin işğaldan azad edilmiş ərazilərin bərpası üçün investisiya imkanları mövzusunda onlayn-görüş keçirilmişdir. Görüş Qarabağ bölgəsinin işğaldan azad edilmiş ərazilərin bərpası məqsədilə yaradılmış "Böyük Qayıdış" Konsorsiumu tərəfindən təşkil edilmişdi. "Böyük Qayıdış" konsorsiumuna AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, “Qorqud Holding” MMC, “AL-Trans Consulting” MMC, “AS-KO” MMC və “SİNAM” MMC şirkəti daxildir. Görüşə Çin Xalq Respublikasının HVAC ehtiyat hissələrinin istehsalı və satışı ilə məşğul olan “Beyond & Brothers Development Co. Limited” şirkəti də dəvət olunmuşdu.

Görüşün məqsədi “Beyond & Brothers Development Co. Limited” (BBD) şirkətinin fəaliyyəti ilə tanış olmaq və bu şirkətin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərin bərpasında "Böyük Qayıdış" Konsorsiumunun tərəfdaşı qismində iştirakının və  BBD tərəfindən layihəyə investisiya qoyuluşu imkanlarının müzakirəsi idi.

Görüşün əvvəlində "Böyük Qayıdış" konsorsiumunun görüşdə iştirak edən nümayəndələri təmsil etdikləri şirkətlərin fəaliyyət istiqamətləri haqqında məlumat verdilər və planlaşdırılan “Ağıllı kənd” layihəsində yerinə yetirəcəyi işlər barəsində görüş iştirakçılarını məlumatlandırdılar.  

Sonra BBD şirkətinin nümayəndəsi şirkətin fəaliyyəti və yerinə yetirdikləri layihələr haqqında ətraflı məlumat verdi və qeyd olundu ki, şirkət istilik, havalandırma və soyutma sistemlərinin və belə sistemlər üçün ehtiyat hissələrinin istehsalı və satışı ilə məşğuldur və bu şirkət “Ağıllı kənd” layihəsinin tərkib hissəsi olan istilik, havalandırma və soyutma sistemlərinin sərfəli qiymətlərlə təchizatı, quraşdırılması və quraşdırılmış sistemlər üçün ehtiyat hissələrinin təminatını öz üzərinə götürə bilər.

Görüşdə "Böyük Qayıdış" Konsorsiumunun üzvləri tərəfindən “Ağıllı kənd”in yaradılması istiqamətində planlaşdırılan layihəyə xarici investisiyaların cəlb olunması və “Ağıllı kənd”in yaradılması layihəsi çərçivəsində bölgələrdə alternativ enerji mənbələrinin qurulması və belə mənbələrin istifadəsi məsələsi qaldırıldı. BBD şirkətinin nümayəndəsi bu məsələlərə aydınlıq gətirərək qeyd etdi ki, “Ağıllı kənd”in layihəsinin həyata keçirildiyi ərazilərdə “Yaşıl” enerjinin təminatı işində öz dəstəyini göstərə bilər. Lakin BBD şirkətinin nümayəndəsi Azərbaycan qanunlarını bilmədikləri şəraitdə sözügedən layihəyə investisiya qoyulmasının riskli olmasını və bu məsələ üzrə Çində potensial investorun tapılması məsələsinin çətin olduğunu bildirdi, lakin “Ağıllı kənd” layihəsinin  müvəffəqiyyətlə həyata keçirilməsi üçün lazım olan resursların və texnologiyaların axtarılması və təchizatında köməklik göstərmək imkanlarının olmasını qeyd etdi.

"Böyük Qayıdış" Konsorsiumunun üzvü olan “AL-Trans Consulting” MMC şirkətinin rəhbəri BBD ilə 15 ildən artıq əməkdaşlıq etdiyini və onun nümayəndəsini yaxşı tanıdığını qeyd etdi və sözügedən layihədə BBD şirkətinin həm qiymət, həm də keyfiyyət cəhətdən sərfəli servislərindən faydalanmaq imkanlarının olduğunu bildirdi. “AL-Trans Consulting” MMC şirkətinin rəhbəri iştirakçıların diqqətini həm də ona cəlb etdi ki, BBD şirkətinin nümayəndəsi yüksək peşəkarlığa malik mütəxəssisdir və onun layihə komandasında layihənin başlanğıcından sonuna kimi məsləhətçi qismində iştirakı da mümkündür.  

 

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq elmi-praktik konfrans keçiriləcək
  • 07.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçiriləcək
  • 04.11.2025
    İdarəetmə Sistemləri İnstitutunda Elmi seminar keçiriləcək
  • 31.10.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi