AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

1 sentyabr Hacı Zeynalabdin Tağıyevin anım günüdür

01.09.2021 / Xəbərlər

Sentyabrın 1-i məşhur neft sənayeçisi, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anım günüdür.

H.Z.Tağıyev (1838-1924) XIX əsrin ikinci yarısında Azərbaycanın sosial-iqtisadi inkişafına xidmət edən onlarla sənaye müəssisələri açdırmış, minlərlə insanı sabit əməkhaqqı, iş və mənzillə təmin etmişdir. O, XX əsrin əvvəllərində Azərbaycanda qeyri-neft sektorunun yaradıcısı olmuş və iqtisadiyyatın yeni sahələrinin fəaliyyətinə rəvac vermişdi. Sağlığında “millət atası” adını qazanmış H.Z.Tağıyev xalqımızın maariflənməsi üçün təhsil müəssisələrinə yardım göstərmiş, Avropada və Rusiyada oxuyan yüzlərlə tələbənin təhsil xərcini ödəmişdir. 1901-ci ildə Bakıda, müsəlman qızları üçün Şərqdə ilk dünyəvi məktəb açdırmış, onun fəxri hamisi olmuşdur. Azərbaycanın hüdudlarından kənarda – Rusiyada, Türkiyədə, İranda, Hindistanda, Mərkəzi Asiyada və başqa yerlərdə maarifçilik işlərinə, məscid və kilsələrin tikintisinə maddi köməklik göstərmişdir.

Vaxtilə H.Z.Tağıyevin yaşadığı sarayda yerləşən AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində 2007-ci ildən etibarən böyük mesenatın xatirə muzeyi fəaliyyət göstərir. Hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyi ölkəmizdə H.Z.Tağıyev irsini araşdıran və onu təbliğ edən əsas elmi və mədəni mərkəzdir. Burada xeyriyyəçiyə aid əşyalar, sənədlər, fotoşəkillər qorunur, onun həyat və fəaliyyətinə dair əsərlər çap olunur.

Qeyd edək ki, ənənəyə uyğun olaraq sentyabrın 1-də Milli Azərbaycan Tarixi Muzeyində “açıq qapı” günü keçirilir və ziyarətçilər üçün giriş ödənişsizdir. Bu il “açıq qapı” günü COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun təşkil olunur.

science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi