AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan alimləri MDB ölkələri arasında tətbiqi riyaziyyat sahəsində liderliyi qoruyub saxlayırlar

30.08.2021 / Xəbərlər

Azərbaycan Milli Elmlər Akademiyasının alimləri artıq uzun illərdir ki, dünyada ən böyük elektron elmi-analitik məlumat bazası olan "Clarivate Analytics"lə əməkdaşlıq edirlər. Tərəflər arasında razılaşma 2016-cı ildə imzalanıb və hazırda AMEA-nın institut və təşkilatlarının alim və mütəxəssisləri "Web of Science"dən fəal şəkildə istifadə edirlər.

"Clarivate Analytics" mütəmadi olaraq əvvəlki dövr üçün yenilənmələrin siyahısı ilə illik hesabatları dərc edir. Həmçinin buraya elmi jurnalların dinamikası, impakt-faktoru və s.ilə bağlı məlumatlar daxildir.

Son bir neçə ildə bu siyahıya Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin (BDU) nəzdində olan Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu və AMEA-nın təsisçiliyi ilə dərc edilən “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama Riyaziyyatı) beynəlxalq jurnalı liderlik edir.

Jurnalın baş redaktorlarından biri - BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın Rəyasət Heyətinin üzvü, akademik Fikrət Əliyev bu barədə "Kaspi" qəzetinə müsahibə verib.

Alimin sözlərinə görə, jurnal 2002-ci ildən nəşr olunan və "Clarivate Analytics"in genişləndirilmiş siyahısına daxil olan ilk və tək elmi nəşrdir: "Jurnalda tətbiqi və hesablama riyaziyyatının müxtəlif sahələri üzrə yüksəkixtisaslı, əsaslandırılmış elmi məqalələr dərc olunur.

F.Əliyev qeyd edib ki, “Applied and Computational Mathematics” on il öncə "Science Citation Index Expanded" siyahısına daxil olub və Azərbaycan elmi tarixində ilk dəfə olaraq "Thomson Reuters"in "Journal Citation Reports"unun illik hesabatına əsasən, 2010-cu ilində 0.663 impakt-faktor alıb.

Alim əlavə edib ki, jurnal 2020-ci ildə isə "Journal Citation Reports"un illik hesabatına əsasən, keyfiyyət göstəricisi - impakt-faktor 3.898 alıb. Nəşr tətbiqi riyaziyyat və yüksək texnologiyalar sahəsində 265 beynəlxalq jurnal arasında onuncu, keçmiş Sovet İttifaqının ölkələri arasında birincidir.

Məqalə ilə daha ətraflı buradan tanış olmaq mümkündür.

frteb.science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi