NASA-nın kosmik gəmisi Marsdan ilk qaya parçasını götürüb
08.09.2021 / XəbərlərNASA-nın Marsa göndərdiyi “Persevarence” (“Əzm”) kosmik gəmisi “Qırmızı planet”dən ilk qaya nümunəsini götürüb.
Bu barədə NASA məlumat yayıb.
Götürülən nümunə kosmik gəminin dünyaya qayıtmasından sonra alimlər tərəfindən araşdırılacaq və orada milyardlarla il əvvəl həyat olub-olmadığı öyrəniləcək.
Qeyd edək ki, NASA-nın “Persevarence” (“Əzm”) kosmik gəmisi 30 iyul 2020-ci ildə kosmosa göndərilib və yeddi ay sonra – 18 fevral 2021-ci ildə Marsa enib.