Saytın xəritəsi
AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
    • Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının Elmi seminarının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • KADR HAZIRLIĞI
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
    • Sərgi zalı
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

10.09.2021 / Xəbərlər

Tanınmış alim, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru, professor Oqtay Qüdrət oğlu Nüsrətov ömrünün 80-ci ilində vəfat edib.

Oqtay Qüdrət oğlu Nüsrətov 26 iyul 1941-ci ildə Bakı şəhərində anadan olub. O, 1964-cü ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirib, 1964-1975-ci illərdə Azərbaycan EA Kibernetika institutunda laborant, baş laborant, mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi; 1975-1978-ci illərdə İnstitutun nəzdində Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində baş konstruktor, laboratoriya müdiri; 1978-1982-ci illərdə İnstitutun nəzdində yaradılmış XKB-da baş мühəndisi, 1982-1988-ci illərdə XKB-nun direktoru və 1988-ci ildən 2019-cu ilə kimi İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, həmçinin "Siqnalların tanınması üsulları və texniki diaqnostika sistemləri" laboratoriyasının rəhbəri vəzifələrində çalışmışdır.

O, 1975-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1993-cü ildə “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə baş elmi işçi, 2005-ci ildən texnika elmləri doktoru və 2011-ci ildən professor idi..

O.Q.Nüsrətov informasiya texnologiyaları və sistemləri istiqamətində tanınmış alim və yüksək səviyyəli mütəxəssis idi. Onun elmi nəticələri əsasında və birbaşa rəhbərliyi ilə İnstitutun Xüsusi Konstruktor Bürosunda bir sıra informasiya, nəzarət və diaqnostika sistemləri yaradılmış və keçmiş SSRİ-nin müdafiə əhəmiyyətli müəssisələrində və “Krasnodarneft”, “Çernomorneft” və b. neft-qazçıxarma idarələrində tətbiq edilmişdir.

O, tsiklik siqnalların mövqeli-binar analizi və identifikasiyası informasiya texnologoyasının əsas müəlliflərindəndir. Bu texnologiya ilə neftçıxarma obyektləri üçün yeni prinsiplərə əsaslanan nəzarət, diaqnostika və idarəetmə informasiya sistemlərinin yaradılmasında aparıcı rol oynamışdır. Göstərilən texnologiya əsasında neft quyularının dırinlik-nasos qurğularının nəzarət və diaqnostika sistemləri yaradılmış və Qarasu, Balaxanı neft Şirkətlərində ətbiq edilmişdir.

O, 2009-cu ildə informasiya texnologiyaları sahəsində nailiyyətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə, 2015-ci ildə "Şöhrət ordeni" ilə təltif edilmişdir.

O.Q.Nüsrətov 138 elmi əsərin, onlardan 29 patent olmaqla müəllifidir.

Onun elmi rəhbərliyi ilə müdafiə edərək 1 elmlər doktoru və 5 fəlsəfə doktoru elmi dərəcə amışlar. Həmçinin bir doktorluq dissertasiya işi müdafiə üçün təqdim edilmişdir.

O.Q.Nüsrətov 2001-2019-cu illərdə İnstitutun nəzdində fəaliyyət ğöstərən D 01.121 dissertasiya şurasının seminarının sədri, 2006-2019-cu illərdə Şuranın üzvü,

2009-2019-cu illərdə şuranın sədr müavini və 2019-cu ildən isə ED 1-20 dissertasiya şurasının sədri olmuşdur.

O.Q.Nüsrətov elmi işi ilə yanaşı elmi-pedaqoji fəaliyyətlə də məşğul idi. O, Azərbaycan Texniki Universitetinin “İnformasya texnologiyaları və proqramlaşdırma” və Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnformasiya texnologiyaları və sistemləri” kafedralarında 0,5 şt. professor vəzifəsində işləmişdir.

O, çoxlu sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzələrlə çıxış edərək Azərbaycan elmini təmsil edib.

Tanınmış alim, professor Oqtay Qüdrət oğlu Nüsrətovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

 

Allah Rəhmət eləsin!

Tweet
ELANLAR
  • 15.07.2022
    ''Endless Light in Science'' beynəlxalq elmi-praktik jurnalının növbəti sayı nəşr olunacaq
  • 28.06.2022
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
  • 24.06.2022
    Dissertasiya şurasının növbəti iclası keçiriləcək
  • 22.06.2022
    Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
VİDEO
HORIZON 2020
AMEA İdarəetmə Sistemləri İnstitutu Avropa Birliyinin İnformasiya Kommunikasiya Texnologiyaları üzrə HORIZON 2020-nin dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
FOTOQALAREYA
VİDEOQALEREYA
  • İNSTİTUT HAQQINDA
    • İnstitutun tarixi
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Təklif olunan layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2017-2022 AMEA İnformasiya Texnologiyaları İnstitutu