
Rusiyada koronavirusu 27 dəqiqədə aşkar edən cihaz hazırlanıb

Rusiyanın Federal Tibbi-Bioloji Agentliyinin (FTBA) mütəxəssisləri tərəfindən 27 dəqiqədə insanda koronavirusun mövcud olduğunu aşkar edə bilən cihaz yaradılıb.
FTBA-nın Translyasiya Təbabəti və İnnovativ Texnologiyalar İdarəsinin müdiri, tibb elmləri doktoru Darya Kryuçko cihazın əsasını izotermik amplifikasiya metodunun təşkil etdiyini bildirib: "Diaqnostika sistemi yüksək etibarlılıq dərəcəsi ilə 27 dəqiqə ərzində antigenin mövcudluğunu aşkar edir".
O, vurğulayıb ki, təkmilləşdirildiyi təqdirdə, diaqnostik sistem digər antigenləri də aşkar edə biləcək.