AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Qaranlıq materiya detektoru təsadüfən qaranlıq enerjini aşkar etmiş ola bilər

21.09.2021 / Xəbərlər

 Kembric Universitetinin alimləri XEON1T adlı qaranlıq materiya detektorunun aktivliyini analiz edərək bildiriblər ki, o, qaranlıq enerjini aşkar etmiş ola bilər. 2020-ci ildə fiziklər bildirmişdilər ki, qaranlıq materiyanın aşkar edilməsi üçün nəzərdə tutulmuş təcrübi XEON1T detektoru qəribə siqnal təyin edib. İndi isə alimlər qeyd ediblər ki, detektor həmin vaxtda qaranlıq materiya əvəzinə qaranlıq enerjini aşkar etmiş ola bilər. Qaranlıq enerji mənfi təzyiqə sahib və kainatda bərabər paylanan hipotetik enerji növüdür. Onun, kainatı dayanmadan genişləndirdiyi və qalaktikaları bir-birilərindən uzaqlaşdırdığı hesab edilir. Bundan əlavə olaraq işıq ilə heç bir qarşılıqlı əlaqədə olmayan qaranlıq materiya var.

Onun yeganə təzahürü isə ulduzlara, qalaktikalara və qalaktikalardan ibarət qruplara olan qravitasiya təsiridir. Lakin elə bir vəziyyət ola bilər ki, qaranlıq materiyanın hissəciyi adi materiyanın hissəciyi ilə toqquşsun. Bu halda müvafiq qurğu vasitəsilə qaranlıq materiyanı aşkar etmək olar. XEON1T isə bu cür təcrübi qurğulardan biridir. Bu, daxili maye ksenon ilə dolu olan çəndir və o, yer səthindən çox dərin məsafədə quraşdırılıb. İdeyanın əsas məğzi ondan ibarətdir ki, əgər qaranlıq materiyanın hissəciyi çəndən keçsə, o, ksenon atomlarını həyəcanlandıracaq. Daha sonra işıqlanma və sərbəst elektronların atılması baş verəcək.

Detektor isə öz növbəsində bu hadisəni təyin edə biləcək. İlk öncə alimlər fikirləşdilər ki, XEON1T qurğusunun qeyri-adi aktivliyinin səbəbi hipotetik elementar hissəcik hesab edilən Günəş aksionudur. Onu isə bu cür qurğu ilə aşkar etmək mümkündür. Lakin alimlər indi bu ideyanı təkzib ediblər. Onlar bildiriblər ki, bu cür siqnalın əldə olunması üçün çoxlu sayda Günəş aksionu lazım olmalı idi. Bunun yerinə onlar güman edirlər ki, qaranlıq materiya detektoru təsadüfən qaranlıq enerjini aşkar edib. Alimlər qeyd ediblər ki, bu məlumat hələ dəqiq deyil və onlar bu istiqamətdə olan araşdırmalara davam edirlər.

technote.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi