
Azərbaycana payız fəslinin daxilolma vaxtı açıqlanıb

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2021-ci ildə payız fəslinin ölkəmizə daxilolma vaxtını açıqlayıb.
Belə ki, payız fəsli 22 sentyabr saat 23:21:00-da Azərbaycana qədəm qoyacaq və gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayacaq.