AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

“Dissertasiya mövzularının reyestri” sistemi təqdim olundu

24.09.2021 / Xəbərlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) “Dissertasiya mövzularının reyestri” sisteminin istifadəyə verilməsi ilə bağlı onlayn təlim seminarı keçirildi. Tədbirdə RETƏŞ-in Problem şuralarının elmi katibləri, AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin Elmi əlaqələndirmə şöbəsinin müdiri və şöbənin əməkdaşları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev seminarın “Dissertasiya mövzularının reyestri” sisteminin təqdimatına həsr olunduğunu diqqətə çatdırdı.

Alim bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyasında elmi fəaliyyətin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, elmi tədqiqatların əlaqələndirilməsi və təkrarçılığın aradan qaldırılması dissertasiya mövzularının reyestrinin yaradılmasını zəruri edir. Bu, bir sıra dövlət sənədlərində, o cümlədən ölkə başçısının “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli Sərəncamında, eləcə də AMEA Rəyasət Heyəti aparatının “Elm sahələri üzrə problem şuralarının yaradılması”na dair 28 yanvar 2021-ci il tarixli və AR Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının problem şuralarının fəaliyyəti haqqında 30 aprel 2021-ci il tarixli qərarlarında öz əksini tapmışdır.

Akademik Rasim Əliquliyev qeyd olunan dövlət sənədlərindən irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə RETƏŞ-in fəaliyyətinin səmərəli təşkili üçün “Dissertasiya mövzularının reyestri” sisteminin yaradılması istiqamətində müvafiq işlərin AMEA İnformasiya Texnologiyaları İnstitutunda formalaşdırılmış işçi qrup tərəfindən yerinə yetirildiyini nəzərə çatdırdı.

Sonra məruzə ilə çıxış edən institutun əməkdaşı Raqif İsmayılov “Dissertasiya mövzularının reyestri” sisteminin yaradılması istiqamətində görülmüş işlər, sistemin imkanları və s. haqqında ətraflı məlumat verdi. Sistemdə elmi müəssisələr, elm sahələri, elmi şuralar, ixtisaslar və indekslər, elmi dərəcələr, elmi adlar, təhsil forması və s. kimi kateqoriyalar üzrə zəruri məlumatların öz əksini tapdığını diqqətə çatdırdı.

R.İsmayılov AMEA-da aparılan islahatlar nəticəsində cari ilin yanvar ayında 38 elmi şuranın fəaliyyətinin dayandırıldığını və yenidən 6 problem şurasının təşkil olunduğunu xatırlatdı. O, fəaliyyəti dayandırılmış elmi şuralarla bağlı elektron resursların AzScienceNet şəbəkəsinin Data mərkəzində yaddaşda saxlanması və onlara onlayn çıxışın təmin olunmasının institutun əməkdaşları tərəfindən həyata keçirildiyini bildirdi. Həmçinin 2010-2019-cu illər üzrə təqdim olunan dissertasiya mövzularının qeydiyyata alındığını və tələb olunan formatda sistemdə yerləşdirildiyini söylədi. Proqramçı qeyd etdi ki, sistemin məlumat bazası “MS SQL” sistemində, idarəetmə mühiti C# proqramlaşdırma dilində hazırlanmışdır və veb mühitindən istifadəyə təqdim edilməsi nəzərdə tutulur.

R.İsmayılov sistemə daxil olaraq, informasiyanın axtarışı prosesinin gedişatını əyani şəkildə nümayiş etdirdi.

Daha sonra təlim seminarında çıxış edən AMEA Rəyasət Heyəti Aparatının Elmi-təşkilat idarəsinin Elmi əlaqələndirmə şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova RETƏŞ-in və problem şuralarının vəzifə və funksiyalarının daha səmərəli həyata keçirilməsi, eyni zamanda elmi tədqiqatların əlaqələndirilməsi işinin müasir tələblərə uyğun informasiyalaşdırılması üçün “Dissertasiya mövzularının reyestri” sisteminin vacibliyini vurğuladı.

Tədbirdə “Dissertasiya mövzularının reyestri” sisteminin istismarı ilə bağlı müzakirələr aparıldı, çoxsaylı suallar cavablandırıldı.

Sonda akademik Rasim Əliquliyev çıxış edərək, yüksək səviyyədə hazırlanmış sistemin ölkədə elmi fəaliyyətin səmərəliliyinin artırılması və elmi tədqiqatların əlaqələndirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd etdi.

frteb.science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi