Rusiyada təqaüdlü təhsil imkanı
26.09.2021 / XəbərlərRusiya Federasiyası (RF) 2022-2023-cü tədris ili üzrə RF federal büdcə hesabına təhsil təqaüd proqramı elan edir.
Təhsil Nazirliyindən bildirilib ki, bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramına müraciət üçün yaş məhdudiyyəti yoxdur. Proqram çərçivəsində tədris rus dilində aparılacaq.
Təqaüd proqramına noyabrın 1-dək müraciət oluna bilər.