
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda yeni tədris ili başlanmışdır

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 sentyabr 2021-ci il tarixli 259 №-li Qərarına əsasən 29 sentyabr 2021-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda magistratura pilləsi üzrə təhsil alan I və II kurs magistrantların 2021/2022-ci tədris ilinin payız semestri üzrə əyani formada ilk dərsləri keçirilmişdir.
Hal-hazırda İnstitutun magistraturasında “Kompüter elmləri” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə I kursda 7 magistrant, II kursda 4 magistrant təhsil alır.