AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Alimlər insan beyninin 3D çipə kopyalama üsulunu təklif ediblər

30.09.2021 / Xəbərlər

 

Böyük texnoloji şirkətlərin və alimlərin əksəriyyəti insan beyninin iş prinsipini imitasiya etməyi bacaran neyromorf elektronik cihazların yaradılması üzərində çalışır. Bəziləri insan beynini çiplə təchiz edir ki, koqnitiv bacarıqlarını itirmiş pasientə onları geri qaytarsınlar və pasienti əlavə bacarıqlarla təchiz etsinlər. Samsung şirkətinin və Harvard Universitetinin alimləri tərəfindən təklif olunmuş yeni texnologiyanın əsasında neyron bağlantılarının yerlərini və güclərini təyin edən nanoelektron massiv dayanır. Mütəxəssislər əmindirlər ki, bu cür texnologiya sayəsində gələcəkdə şüuru 3D çiplərə köçürtmək mümkün olacaq. İnsan beyni təqribi olaraq 86 milyard neyrondan ibarətdir.

Bu neyronlar öz aralarında çox qəliz bağlantıya sahibdirlər. Beynin vacib funksiyalarını təmin edən faktor da məhz bu əlaqədir.

Heç təəccüblü deyil ki, bu cür qəliz əlaqəni elektronik cihazlarda reallaşdırmaq asan məsələ deyil. Bizim, neyronlar barəsində anlayışımızın hələ çox az olmasını nəzərə alsaq, prosesin qəlizlik səviyyəsi daha da yüksəlir. Buna görə də mühəndislərin əksəriyyəti insan beyninə bənzəyən, lakin neyronları tam şəkildə imitasiya etməyən çiplər üzərində çalışırlar. Samsung-un və Harvard Universitetinin alimləri məsələnin kökünə geri dönməyi qərara alıblar və yaddaş çipinin yaradılması texnologiyasını təqdim ediblər. Məlumatda qeyd edilib ki, sözügedən texnologiya beyin imkanlarına yaxındır.

Alimlər tərəfindən yaradılmış nanoelektrod çoxlu sayda neyrona qoşulur və yüksək həssaslıq dərəcəsində onların elektrik siqnallarını təyin edir. Bu məlumatlar isə neyronların beyində bağlantı düyünlərinin harda yerləşdiklərini və onların hansı gücə sahib olduqlarını təyin etməyə imkan verirlər. Daha sonra təyin edilmiş neyron sisteminin sxemi yaddaşa, və ya SSD kimi elektrik enerjisindən asılı olmayan yaddaş qurğusuna kopyalana bilər. Təbii ki, bu çox qəliz prosesdir. Belə ki, insan 100 trilyondan çox sinaptik bağlantıya sahibdir. Lakin alimlər bu problemi yaddaşın 3D inteqrasiyası vasitəsilə həll etməyi planlaşdırırlar. Hər halda bu cür texnologiyanın yaradılması üçün çoxlu zaman lazım olacaq.

technote.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi