AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

FRTEB-in Ümumi yığıncağı akademik Məhəmməd Mehdiyevin 80 illik yubileyinin keçirilməsi barədə qərar qəbul edib

01.10.2021 / Xəbərlər

Oktyabrın 2-də tanınmış alim, Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın (AMEA) həqiqi üzvü Məhəmməd Mehdiyevin 80 yaşı tamam olur.

Bu barədə AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Yusif Məmmədov diqqətə çatdırıb ki, Məhəmməd Fərman oğlu Mehdiyev 1941-ci ildə Laçın rayonunun Təzə­kənd kəndində anadan olub.

1961-ci ildə Vağazin kənd orta məktəbini bitirən alim Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub. 1970-ci ildə təyinatla AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. Sonralar həmin elmi müəssisənin baş elmi işçisi, şöbə müdiri, Xü­susi Konstruktor Bürosunun elmi işlər üzrə direktor müavini olub.

1975-ci ildə Rostov Dövlət Universitetində “Konik örtük və dəyişən qalınlıqlı dairəvi lövhə üçün üçölçülü gərginlik-deformasiya vəziyyətin asimptotik təhlili” mövzusunda nami­zəd­lik,  1989-cu ildə Leninqrad Dövlət Universitetində “Örtüklər üçün elastikiyyət nəzəriyyəsinin bə­zi fəza məsələlərinin asimptotik təhlili” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1994-cü ildə professor elmi adını alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

1991-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayan Məhəmməd Meh­di­yev 2002-ci ildən kafedra müdiri, 2008-ci ildən Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin de­ka­nıdır.

Akademik Yusif Məmmədovun sözlərinə görə, yubilyar bərk cism mexanikası sahəsində görkəmli mütəxəssisdir. Onun tərəfindən elas­ti­kiy­yət nəzəriyyəsində yeni “bircins həllər” metodu işlənib hazırlanıb. Həmin metodun köməyi ilə örtük və lövhələr üçün elastikiyyət nəzəriyyəsinin üçölçülü məsələsindən ikiölçülü məsə­lə­yə keçid problemi öyrənilib, həmçinin örtük və lövhələrin ümumi riyazi nəzəriyyəsi yaradılaraq bu dəqiq münasibətlər əsasında örtük və lövhələrin klassik nəzəriyyəsinin tətbiq olunma oblastı müəyyən edilib.

Akademik Məhəmməd Mehdiyev tərəfindən örtük və lövhələrin klassik nəzəriyyəsinə nə­zə­rən daha dəqiq olan örtük və lövhələrin yeni tətbiqi nəzəriyyəsi verilib. Deformasiyaların bərk cisim mexanikası sahəsində aldığı fundamental nəticələrlə yanaşı, M.Mehdiyev tərəfindən verilmiş “bircins həllər” metodu diferensial operatorların spektral nəzəriyyəsinə, diferensial tən­lik­lə­rin asimptotik inteqrallama metoduna ciddi yenilikdir.

M.Mehdiyev impuls təsirli determinik oyunlar­da yəhərvari nöqtənin varlığı üçün zəruri şərt­­lər taparaq həmin şərtlərin zəruri və kafi olduğu sinif­lə­ri mü­əyyən edib. Qeyri-lokal şərt­li op­ti­mal idarəetmə məsələsində opti­mal­­lıq üçün birinci və ikinci tərtib zəruri şərtlər alınıb.

Son illərdə akademik və onun tələbələri tərəfindən anizotropik örtüklərin ümumi nəzə­riy­yə­si yaradılıb və onun əsasında mövcud texniki nəzəriyyələrin tətbiq olunma oblastları müəyyən edilib.

M.Mehdiyev “AMEA-nın xəbərləri” (mexanika buraxılışı) jurnalının redaksiya heyətinin üzvü və “Bakı Dövlət Universitetinin Xəbərləri” (fizika-riyaziyyat seriyası) jurnalının baş redaktorunun müavinidir.

Akademikin rəhbərliyi ilə 20 elmlər namizədi, 2 elmlər doktoru hazırlanıb. O, 140 elmi əsərin, o cümlədən 4 monoqrafiya, 5 dərslik və dərs vəsaitinin müəllifidir.

Y.Məmmədov bildirib ki, akademik Məhəmməd Mehdiyev riyaziyyat və mexanika elminə verdiyi töhfələrə görə 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adına layiq gö­rül­üb. Həmçinin “Şöhrət” ordeni ilə təltif olunub.

Sonra FRTEB-in Ümumi yığıncağı akademik Məhəmməd Mehdiyevin 80 illik yubileyinin keçirilməsi məqsədilə AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.

Akademik Məhəmməd Mehdiyevi 80 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin və təhsilinin inkişafı yolunda yeni uğurlar arzulayırıq.

frteb.science.gov.az

Tweet
ELANLAR
  • 08.04.2026
    23–25 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Müasir Riyaziyyat, Mexanika və Onların Tətbiqlərinin Problemləri” (MPMMA 2026) mövzusunda Beynəlxalq konfransı keçiriləcək
  • 08.04.2026
    Riyaziyyat İnstitutunda dezinfeksiya işləri aparılacaq
  • 07.04.2026
    9-12 sentyabr 2026-cı il tarixlərində Bakı şəhərində “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda 13-cü Beynəlxalq Konfransı keçiriləcək
  • 06.04.2026
    Riyaziyyat İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi