AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Azərbaycanlı alimin koronavirusa qarşı hazırladığı peyvənd Türkiyə mediasında

11.10.2021 / Xəbərlər

Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başqanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərlik etdiyi komandanın 2 ilə yaxındır apardığı tədqiqatlar nəticəsində Nicotiana Benthamiana adlı tütün bitkisindən COVID-19 əleyhinə hazırlanan kokteyl-peyvənd insanlar üzərində sınaqlar üçün hazırdır.

Tərlan Məmmədov kokteyl-peyvəndin hazırda Türkiyənin tanınmış mətbu orqanlarında və televiziya kanallarında geniş işqılandırıldığını bildirib.

Qeyd edib ki, tədqiqat çərçivəsində tütün bitkisində S1 zülalının, RBD və N zülalının ekspressiya edilərək immunogenliyi öyrənilib. Tədqiqatçılar qrupu ilk dəfə olaraq N antigenlərini tək və ya S1 va RBD domein antigenleri ilə birlikdə istehsal (sintez) edib. Əksər bitki mənşəli peyvənd istehsalçıları isə antigen olaraq RBD, S1 protein və S zülalını hədəf alırlar.

Alimin sözlərinə görə, 1 kq bitkidən 25 milliqrama qədər, başqa sözlə, 5 min insana kifayət edəcək qədər kokteyl peyvənd hazırlanması mümkündür.

T.Məmmədov qeyd edib ki, SARS-CoV-2-nin Spike proteinində az mutasiyalar getsə də, Nukleokapsid proteinin ardıcıllığı daha çox qorunub saxlanılır. Bu səbəbdən onların hər ikisinin qarışığından ibarət N+RBD kokteyl peyvəndinin hazırlanmasına qərar verilib.

Professor artıq heyvanlar üzərində tədqiqatların tamamlandığını, patent üçün müraciət olunduğunu və insanlar üzərində tədqiqatlara başlamaq üçün hazır olduqlarını vurğulayıb.

aztibb.az

Tweet
ELANLAR
  • 22.06.2026
    UFAZ-da növbəti beynəlxalq konfrans (AIDT 2026) keçiriləcək
  • 23.04.2026
    İnnovativ Sintez və Funksional Materiallar üzrə Beynəlxalq Konfrans (ISFM 2026) keçiriləcək
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 30.01.2026
    "Beşinci sənaye inqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi