AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

Vətən müharibəsində qələbənin qazanılmasında mənəvi xüsusiyyətlər də böyük rol oynadı

12.10.2021 / Xəbərlər

Qırx dörd gün davam edən Vətən müharibəsində qazanılan qələbə Azərbaycan Prezidenti və dövləti tərəfindən uzun illər həyata keçirilən düşünülmüş və uzaqgörən siyasətin nəticəsidir. Burada müzəffər ordumuzun, Azərbaycan xalqının qəhrəmanlığı mühüm rol oynadı. O günlər xalq bir idi, insanlar bayraqlarla küçələrə axın edirdi. Çünki bu, bir nəfərin və ya bir şəhərin deyil, bütün xalqın mübarizəsi idi.

Bu fikirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi akademik Asəf Hacıyev deyib.

Bu qələbənin qazanılmasında mənəvi xüsusiyyətlərin də böyük rol oynadığını vurğulayan akademik deyib: “Bilirsiniz ki, torpaqlarımız 30 ilə yaxın dövrdə ermənilərin işğalı altında idi. Lakin bu zəfər göstərdi ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayıb. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın bir qarış torpağının kiməsə verilməsi ümumiyyətlə müzakirə mövzusu ola bilməz. Bu qələbə Azərbaycan xalqına inam gətirdi. Bizim qədim tariximiz, mədəniyyətimiz var və Azərbaycan sürətlə inkişaf edən ölkədir. Bütün bu amillər imkan verdi ki, Azərbaycan müharibədə qələbə çalsın”.

Ölkəmizin azad edilmiş ərazilərdə qısa müddətdə bərpa-quruculuq işlərinə start verdiyini bildirən akademik deyib: “Çünki biz digərlərindən fərqli olaraq, dağıdıcı deyil, yaradıcı xalqıq. Baxın, zəfərdən ötən bu qısa zaman ərzində dövlətimiz tərəfindən Qarabağda necə böyük işlər görülüb. Yeni hava limanı inşa olunub, daha ikisinin inşası aparılır, magistral yollar, dəmir yolları çəkilir və sair. Bu da xalqımızın mədəniyyətinin təzahürüdür. Bu şanlı zəfər münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Hesab edirəm ki, belə düşünülmüş və müdrik siyasət digər ölkələrin xalqları və siyasi xadimləri üçün çox gözəl nümunədir”.

AzərTac

Tweet
ELANLAR
  • 30.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 23.05.2025
    ED 1.20 Dissertasiya şurasının növbəti iclası keçiriləcək
  • 16.05.2025
    ED 1.19 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
  • 16.05.2025
    ED 1.20 Dissertasiya şurasının iclasında dissertasiya işinin müdafiəsi keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi