
Elmi şuranın növbəti iclası keçirildi

8 noyabr 2016-cı ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilmişdir. İclasda 1.9 saylı "Neftqazçıxarma obyektlərin nəzarət, diaqnostika və idarəetmə sistemləri" laboratoriyasının, 1.5 saylı "Texniki obyektlərin monitorinqi və nəzarət sistemləri” laboratiyasının, 1.10 saylı "Neft və qaz məhsulların nəqli prosesinin nəzarət və ölçü vasitələrinin yaradılması” laboratoriyasının, 1.7 saylı "İnformasiyanın intellektual emalı sistemləri” laboratoriyasının və 1.2 saylı "Siqnalların tanınması üsulları və texniki diaqnostika sistemləri” laboratoriyasinın 2016-cı il üzrə görülən işlər haqqında hesabatları müzakirə edilmişdir.