AzEnRu
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • Struktur
    • İctimai təşkilatlar
    • Alimlər
  • XƏBƏRLƏR
    • Bütün xəbərlər
    • Mühüm xəbərlər
    • Tədbirlər
    • Elanlar
    • Xarici əlaqələr və Əməkdaşlıq
    • Nəşr fəaliyyəti
    • Maraqlı məlumatlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Elmi şuranın tərkibi
    • Elmi şuranın iclasları
    • İllik hesabat
  • ELMMETRİYA
  • DİSSERTASİYA ŞURASI
    • Doktorantura
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiya şurasının iclasları
    • Qayda və təlimat
    • Dissertasiyaların avtoreferatları
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Yaradılan cihazlar
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • NƏŞRLƏR
    • AMEA-nın Xəbərləri
    • Dəsrlik və Monoqrafiyalar
  • ƏLAQƏ
ANA SƏHİFƏ →XƏBƏRLƏR
+A -A

İlk kosmik fabrik Yer kürəsinin orbitinə 2023-cü ildə göndəriləcək

15.10.2021 / Xəbərlər

 Kosmik fabrikin gövdəsi Rocket Lab şirkəti tərəfindən, çəkisizlik vəziyyətində istehsal üçün nəzərdə tutulacaq təchizatın və istehsal olunacaq məhsulun 60 kq-a qədər olan miqdarını Yer kürəsinə çatdıracaq kapsulun hazırlanması isə Varda Space adlı startap tərəfindən reallaşdırılacaq. Kosmik fabrikin Yer kürəsinin orbitində 2023-cü ildə yerləşdirilməsi nəzərdə tutulub. Onun Yer kürəsinin orbitinə göndərilməsi ilə SpaceX-in Falcon 9 raketi məşğul olacaq. Kosmik fabrik Yer kürəsinin orbitində 3 ay ərzində fəaliyyət göstərəcək. Varda Space kosmik fabrikdə hansı məhsulun istehsal olunacağı barəsində məlumat verməyib. Buna görə də bu məsələ ilə bağlı variantlar çoxdur.

Kosmik fabrik üçün nəzərdə tutulmuş aparat Varda Space tərəfindən hazırlanmış 3 aparatdan biridir və o, çəkisizlik vəziyyətində istehsalat üçün nəzərdə tutulmuş texnologiyaların sərgilənməsinə istiqamətlənib. İkinci və üçüncü aparatın 2024-cü ilin sonunda Yer kürəsinin orbitinə göndərilməsi planlaşdırılır. Təbii ki, bu məsələdə ilk uçuş missiyasının təcrübəsi nəzərə alınacaq. 53 milyon dollar investisiya əldə etmiş Kaliforniyanın Varda Space adlı startapı kosmik fabrikdə hansı məhsulun istehsalının planlaşdırılması barəsində dəqiq məlumat verməyib. Şirkət bildirib ki, bu, müəyyən müştəri ilə lazımi müqavilənin bağlanmasından sonra məlum olacaq.

Mümükn variantlar arasında dərman preparatlarından tutmuş bioloji orqanlar ilə yarımkeçirici məhsullar var. Startapın fikrincə çəkisizlik vəziyyəti istehsal ediləcək məhsulların yüksək keyfiyyətlərini təmin edəcək. Bundan əlavə olaraq startapın fikrincə bu bazarın potensialı çox yüksəkdir. Lakin Varda Space şirkətinin mühəndisləri qarşısında olan ən əsas problem 40-60 kq məhsulun Yer kürəsinə çatdırılması üçün nəzərdə tutulmuş kapsulun hazırlanmasıdır.

“Faktiki olaraq məhsulun Yer kürəsinə geri qaytarılması istənilən istehsalat təchizatından daha qəliz məsələdir. Atmosfer ilə güclü zərbə bizim ən əsas problemimizdir” - deyə Varda Space qeyd edib. Şirkətin verdiyi məlumata əsasən bu missiya üçün SpaceX-in seçilməsi heç də təsadüfi deyil. Belə ki, SpaceX daha sərfəli və etibarlı təkliflərə sahibdir. Hələ bir neçə müddət bundan öncə Jeff Bezos bütün sənaye sahəsinin kosmosa daşınmasının vacibliyini qeyd etmişdi. Onun sözlərinə əsasən bunun sayəsində Yer kürəsinin çirkləndirilməsinin qarşısını almaq mümkün olacaq.

technote.az

Tweet
ELANLAR
  • 17.02.2026
    XVI beynəlxalq konfrans keçiriləcək
  • 18.12.2025
    Elmi Şuranın növbəti iclası keçiriləcək
  • 09.12.2025
    İdarəetmə Sistemləri İnstitutunun Elmi seminarı keçiriləcək
  • 05.12.2025
    İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi (HCI-E2025) 4-cü Avrasiya Konfransı keçiriləcək
Akademik Telman Əliyev
www.telmanaliev.az
HORIZON EUROPE
AR Elm və Təhsil Nazirliyi
İdarəetmə Sistemləri İnstitutu
Avropa İttifaqının
HORIZON EUROPE proqramının
Rəqəmsal, Sənaye və Kosmos istiqaməti üzrə dayaq nöqtəsidir
DÖVRİ NƏŞR
  • İNSTİTUT HAQQINDA
    • Ümumi məlumat
    • Rəhbərlik
    • İctimai təşkilatlar
    • Struktur
  • ELMİ FƏALİYYƏT
    • Elmi istiqamətlər
    • Elmi nəticələr
    • Doktorantura
    • Magistratura
  • İNNOVASİYA FƏALİYYƏTİ
    • Potensial tətbiqi layihələr
    • Tətbiq işləri
    • Patentlər
    • Qrantlar
  • XƏBƏRLƏR
    • Konfranslar, İclaslar
    • Mühüm xəbərlər
  • FAYDALI KEÇİDLƏR
    • Elanlar
    • Yeni nəşrlər
    • Linklər
Copyright © 2010-2025 İdarəetmə Sistemləri İnstitutu
Saytın xəritəsi